Elsevər Mövlud oğlu Rüstəmli (15 sentyabr 1978, Gürcüstan Respublikası) — azərbaycanlı mühəndis və dövlət qulluqçusu. Hazırda Azərişıq ASC-də "Şəbəkə əməliyyatları" departamentinin direktoru və sədrin müşaviri vəzifəsində çalışır.

Təhsili Elsevər Rüstəmli 1998-2003-cü illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində texnoloji proseslərin avtomatlaşdırılması ixtisası üzrə bakalavr təhsili alıb. 2007-2009-cu illərdə AMİU və Köln Universiteti arasında Tempus proqramı üzrə enerji menecmenti və idarəetmə ixtisası üzrə magistr təhsili almışdır. 2022-ci ildən etibarən Dövlət İdarəçilik Akademiyasında dövlət və bələdiyyə idarəetməsi üzrə təhsilini davam etdirir.

Əmək fəaliyyəti 2001-2015-ci illərdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində çalışıb. Bu dövrdə Bakı Regional Torpaq Kadastrı Mərkəzinin rəisi, elmi-tədqiqat şöbəsinin müavini vəzifəsində fəaliyyət göstərib.

2015-ci ildən etibarən Azərişıq ASC-də çalışır. Burada texniki departamentin rəis müavini, "ASAN xidmət"lə əməkdaşlıq çərçivəsində İş İdarəsinin rəisi və Elektron İdarəetmə Departamentinin direktoru olub. Daha sonra sədrin müşaviri və "Şəbəkə əməliyyatları" departamentinin direktoru təyin edilib.

Fəaliyyəti və uğurları 2017-ci ildən "İnkişaf Mərkəzi"nin biznes mühiti komissiyasında "Elektrik təchizatı şəbəkələrinə qoşulma" və "Tikintiyə icazə" indikatorları üzrə nümayəndə kimi fəaliyyət göstərir.

2018-2019-cu illərdə "Elektron Müraciətlərin İdarəolunması Sistemi"ni hazırlayıb və tətbiq edib. Bu sistem vasitəsilə elektrik şəbəkəsinə qoşulma prosesi daha şəffaf olub və Azərbaycanın beynəlxalq reytinqlərdə göstəricisi 103-cü yerdən 74-cü yerə yüksəlib.

II Qarabağ müharibəsi zamanı və sonrakı dövrdə işğaldan azad olunmuş ərazilərdə elektrik şəbəkələrinin bərpası və yenidən qurulmasına rəhbərlik edib.

2019-cu ildə Bakı şəhərinin baş planının hazırlanmasında "Azərişıq" ASC-nin nümayəndəsi kimi iştirak edib.

Mətbuat açıqlamaları Elsevər Rüstəmli APA-Economicsə açıqlamasında Tarif Şurasının qərarının sahibkarların şəbəkəyə qoşulmasında şəffaflığı təmin etdiyini bildirib.

İki Sahil portalında da bu qərarın subyektivliyi aradan qaldırdığı və məsuliyyəti artırdığı qeyd olunub.

2022-ci ildə Caspian Energy Club tədbirində enerji sahəsində islahatlar və innovasiyalar haqqında çıxış edib.

Mükafatları 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Tərəqqi medalı ilə təltif olunub. 2020-ci ildə MDB-nin Elektroenergetikləri Şurası tərəfindən "Azərbaycan Respublikasının əməkdar mühəndisi" fəxri adına layiq görülüb.

İstinadlar