Manilkara zapota — Ümumi olaraq "sapodilla" (ispanca: [ˌsapoˈðiʝa]), "sapote", "chicozapote", "chicoo", "chicle", "naseberry", "nispero" və ya "soapapple" kimi tanınan həmişəyaşıl ağac. Cənubi Meksika ilə Mərkəzi Amerikanın yerli bitkisidir. Təbii yayılma nümunəsinə Yukatan yarımadası sahillərindəki Petenes manqrov ekosistemində rast gəlinir.World Wildlife Fund. eds. Mark McGinley, C.Michael Hogan & C. Cleveland. 2010. Petenes mangroves. Encyclopedia of Earth. National Council for Science and the Environment. Washington DC Bu bitki ispan müstəmləkəçiliyi dövründə Filippinə gətirilmişdir. O, Meksika, Hindistan, Pakistan, Tailand, Malayziya, Kamboca, İndoneziya, Vyetnam, Banqladeş kimi tropik Asiya ölkələrində, eləcə də Karib dənizi bölgəsində geniş miqdarda yetişdirilir.
Təsviri
Sapodilla ağacları yüz ilədək yaşaya bilər.Horticulture: Crop Plantation Guidence - The Sapota (Chickoo) . India Agro. Retrieved 8 August, 2023.Introduction to Sapota. Agri Farming. Retrieved 14 August, 2023. Hündürlüyü 30 metrə (98 fut) qədər, gövdə diametri isə 1,5 metrə (5 fut) çata bilər. Lakin becərilən nümunələrin orta hündürlüyü adətən 9–15 metr (30–49 fut) arasında olur və gövdə diametri 50 sm-i (20 düym) keçmir.Manilkara zapota Sapotaceae (L.) van Royen , Orwa C, Mutua A, Kindt R, Jamnadass R, Simons A. 2009. Agroforestree Database:a tree reference and selection guide version 4.0 (http://www.worldagroforestry.org/af/treedb/ ) Bu ağac küləyə davamlıdır və qabığında "çikle" adlanan ağ, yapışqan bir latekslə zəngindir. Yarpaqları elliptikdən yumurta formasına qədər dəyişir, uzunluğu 6–15 sm (2–6 düym), saplaqları isə 1–3 sm (0–1 düym) olur. Yarpaqlar orta yaşıl, parlaq, tünd qəhvəyi və bir qədər tüklü orta damarlarla təchiz olunmuşdur. Onlar növbə ilə düzülür. Ağaclar yalnız isti, adətən tropik iqlimlərdə yaşaya bilir (lakin erkən yaşlarında quraqlıq və istiliyə qarşı zəif dözümlüdür) və temperatur sıfırdan aşağı düşdükdə asanlıqla məhv olur.Growing Sapodilla: Manilkara zapota . Garden Oracle. Retrieved 8 August, 2023. "Heat tolerant: These trees have difficulty when young, over 90°F, and when mature, over 105°F. They will need afternoon shade and extra water in these temperatures. Drought tolerant: Yes, after three years." Toxumdan cücərdikdən sonra sapodilla ağacı meyvə vermək üçün adətən beşdən səkkiz ilə qədər vaxt tələb edir. Sapodilla ağacları ildə iki dəfə meyvə verir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Meksika florası Kateqoriya:Tropik meyvələr Kateqoriya:1753-cü ildə təsvir edilən bitkilər Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış taksonlar Kateqoriya:Meyvə ağacları Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:30–34 ID olan Taksonbar Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları Kateqoriya:Beliz florası Kateqoriya:Qvatemala florası