Sancaqburnu qalası () və ya Yenikale — Türkiyənin İzmir şəhərində yerləşən qala. Bu gün Balçova səmtinin İnciraltı məhəlləsində yerləşən qala 1666-cı ildə vəzir Körpülü Mehmed Paşanın əmri ilə tikilmişdir. Tarixi Sancaqburnu qalası 1666-cı ildə sədrəzəm Körpülü Mehmed Paşanın göstərişi ilə İzmir körfəzinin cənubundakı Sancaqburnuda inşa edilmişdir. Qalanın tikintisində şəhərdəki əntiq teatrının daşlarından istifadə edilib. Gediz çayının lili ilə formalaşan çayın mənbəyi ilə qarşı sahildəki Sancaqburnu arasındakı ərazi körfəzin ən dar nöqtəsi olduğu üçün qalanın inşası körfəzdə gəmilərin hərəkətinə nəzarət etməyə kömək etdi. Şəhərin müdafiəsi ilə yanaşı, İzmir limanına gələn gəmilərin gömrük rüsumunu ödəmədən getməsinin qarşısı alınmış oldu. Yeni tikilmiş qalaya Manisa qalasından əsgərlər göndərildi. Qalanın inşası ilə, İzmir Liman qalasının əhəmiyyəti azaldı.

1688-ci ildə İzmir zəlzələsi nəticəsində viran qalan qala 1691-ci ildə təmir edilərək yenidən fəaliyyətə başladı. Qala 1828-ci ildə yenidən təmir edilərək, müəyyən əlavələr də inşa edildi. Almaniyadan gətirilən Krupp topları 1877-ci ilin mayında qalada quraşdırıldı. Birinci Dünya müharibəsi davam edərkən, 5 mart 1915-ci ildə ingilis və fransız gəmiləri qalaya hücum etdi. Martın 10-na qədər davam edən hücumlar nəticəsində, qalanı aça bilməyən gəmilər geri çəkilmək məcburiyyətində qaldılar. Hazırda hərbi bölgə olan qalada Yenikale Xüsusi Təlim Mərkəzi Komandanlığı fəaliyyət göstərir.

İstinadlar

Ədəbiyyat

Kateqoriya:1660-cı illərdə tamamlanmış tikililər