Elmin tənqidi () — elmin nəzəri əsaslarının, metodlarının, sosial rolunun və obyektivliyinin fəlsəfi, epistomoloji, sosioloji və etik aspektlərdən qiymətləndirilməsi və sorğulanmasıdır."Keith Hart is sensitive to the way in which the meaning of science has changed over the centuries. His strategy for revealing such changes is to show how successive generations have responded to the question of what science is not. Where once the antitheses of science were myth and religion, now they are the humanities and creative arts." Elmin tənqidi həm elm fəlsəfəsinin, həm də elm sosiologiyası və elm tarixinin əsas istiqamətlərindən biridir. Elmin tənqidinin məqsədi yalnız elmi zəiflətmək deyil, onun sərhədlərini, metodoloji imkanlarını və cəmiyyətdəki funksiyalarını daha dərindən başa düşməkdir. Bu tənqidlər vasitəsilə elmə qarşı kor-koranə etimad əvəzinə daha dərin və şüurlu yanaşma təşviq edilir.
Elmin tənqidi ideyaları Yeni dövrdə, xüsusilə Frensis Bekon və Rene Dekart kimi filosofların elmi metod haqqında suallar qaldırması ilə başlayır.Fritjof Capra, Uncommon Wisdom, , p. 213. XIX əsrdə Karl Popper elmi fərziyyələrin sübut edilə bilməzliyini və ancaq saxta çıxarıla biləcəyini əsas götürən "falsifikasionizm" nəzəriyyəsi ilə elmi tənqidə yeni yanaşma gətirdi. XX əsrdə Tomas Kun, Pol Feyerabend, İmre Lakatos kimi filosoflar elmə alternativ və daha radikal tənqidi baxışlar irəli sürdülər.
Fəlsəfi tənqid
Elmin fəlsəfi tənqidi elm fəlsəfəsi çərçivəsində elmin metodoloji əsaslarını, iddialarını və həqiqət anlayışını qiymətləndirir. Bu tənqidlər elmə yönəlik obyektivlik, tərəfsizlik və metodik mükəmməllik iddialarını sorğulayır. Karl Poper elmin əsas xüsusiyyətinin doğrulanma (verifikasiya) deyil, yanlışlanma (falsifikasiya) olduğunu iddia edirdi. Ona görə, bir nəzəriyyə yalnız təkzib oluna bilirsə, elmi sayılır. Bu yanaşma, elmi iddiaların sübut olunmasından çox, onların daim sınanmağa açıq olmalı olduğunu vurğulayır. Tomas Kun "elmi inqilablar" nəzəriyyəsi ilə elm tarixində irəliləyişin təkamüllə deyil, paradiqma dəyişikliyi ilə baş verdiyini göstərdi. Ona görə, elmi inkişaf normal elm dövrləri və qeyri-adi tapıntıların səbəb olduğu böhranlar və inqilablarla müşayiət olunur. Bu yanaşma, elmi obyektiv və xətti proses kimi görən ənənəvi baxışları sarsıtdı.Jacques Barzun, Science: The Glorious Entertainment, Harper and Row: 1964. p. 15. (quote) and Chapters II and XII.
Pol Feyerabend elmdə vahid və universal metodun olmadığını iddia edərək "metodsuzluq metodu"nu irəli sürdü. Onun "Everything goes" (Hər şey keçərlidir) şüarı elmin monolit təbiətini tənqid edir və elmin yaradıcı, qeyri-mərkəzçi yollarla da inkişaf edə biləcəyini vurğulayır.
Elmdə fəlsəfi müzakirələrin əsas məsələlərindən biri də elmi realizm və antirealizm debatıdır.Stanley Aronowitz in conversation with Derrick Jensen in Realistlər elm nəzəriyyələrinin dünyadakı obyektiv reallığı əks etdirdiyini iddia edirlər, antirealistlər isə bu nəzəriyyələrin yalnız faydalı modellər olduğunu düşünürlər. Bu debat elmin bilik olaraq etibarlılığını və məzmununu dəyərləndirir. Sosial konstruktivizmə görə, elmi biliklər sosial və tarixi kontekstdə formalaşır. Bu yanaşma, elmi obyektiv həqiqətlərin kəşfi deyil, sosial razılaşmaların məhsulu kimi dəyərləndirir.Bruno Latur və Stiv Vulqar kimi nümayəndələr bu istiqamətdə aparıcıdır. İmre Lakatoş elmi nəzəriyyələrin inkişafını tək fərdi fərziyyələr deyil, bütöv tədqiqat proqramları çərçivəsində izah etmişdir. O, Poperdən fərqli olaraq, elmi nəzəriyyələrin birdən tərk edilməli olmadığını, müəyyən müddət ərzində "müdafiə edilə biləcəyini" göstərmişdir.
Elmin daxilindən edilən tənqidlər Elmi tənqidlər yalnız fəlsəfə və ya sosial nəzəriyyə sahələrindən deyil, elmin öz daxilindən də gəlməkdədir.Alan Watts Audio lecture "Myth and Religion: Image of Man" and "Out Of Your Mind, 1: The Nature of Consciousness: 'Our image of the world' and 'The myth of the automatic universe'". Bu tənqidlər, elmi metodların tətbiqindəki real problemlərə, elmi fəaliyyətin gündəlik praktikasına və nəticələrin etibarlılığına yönəlmişdir. Elm daxilində ən çox müzakirə olunan problemlərdən biri təkrar istehsal böhranıdır (). Bu böhran, bir çox elmi eksperimentin və araşdırmanın nəticələrinin digər müstəqil tədqiqatçılar tərəfindən eyni şəkildə təkrar oluna bilməməsi ilə xarakterizə olunur. Xüsusilə psixologiya, biotibb və iqtisadiyyat sahələrində bu problem geniş yayılıb. Təkrar olunmayan nəticələr elmi etibarlılığın və obyektivliyin əsaslarına zərbə vurur və elmi nəşrlərdə məlumatların şişirdilməsi, metodoloji zəifliklər və nəşr meylliliyi () ilə əlaqələndirilir.
Elmi fəaliyyətin təbiəti insan fəaliyyətinə əsaslandığı üçün, elm adamları da müxtəlif koqnitiv qərəzlərə () məruz qala bilirlər. Bu qərəzlərdən bəziləri aşağıdakılardır: Təsdiqləmə qərəzi () — tədqiqatçının öz əvvəlki fərziyyələrinə uyğun məlumatları seçməsi və əleyhinə olan sübutları nəzərə almaması. Nəticə qərəzi () — nəticənin uğurlu və ya uğursuz olmasına əsasən tədqiqatın keyfiyyətinin qiymətləndirilməsi. Qrup düşüncəsi () — elmi icma daxilində alternativ nəzəriyyələrin rədd edilməsi və konsensusun qorunması üçün fərqli fikirlərin sıxışdırılması."Many would agree that modern science has become so corrupted by its association with positivist methodology, and by its subservience to commercial and military interests."
Həmçinin bax Elmi metod Elm fəlsəfəsi Sosial konstruktivizm Tomas Kun Karl Poper Pol Feyerabend Güclü sosiologiya
İstinadlar
Ədəbiyyat
Nicholas Rescher, The Limits of Science, Pittsburgh: the University of Pittsburgh Press; 2nd edition, 1999
Kateqoriya:Sosiologiya Kateqoriya:Elmin tənqidi Kateqoriya:Elmin fəlsəfəsi Kateqoriya:Məzmununa görə siyasət