Rapunzel sindromu — İnsanlarda saç yemək (trixofagiya) nəticəsində yaranan son dərəcə nadir bir bağırsaq xəstəliyi. Sindrom, Qrimm qardaşlarının nağılından uzun saçlı qız Rapunzelin adı ilə adlandırılmışdır. Trixofagiya bəzən saç yolma pozğunluğu olan trixotillomaniya ilə əlaqələndirilir. Bu sindrom, "trixobezor"un nadir və qeyri-adi bir formasıdır.

Tarix Rapunzel sindromu termini ilk dəfə 1968-ci ildə ədəbiyyatda istifadə edilmişdir. Bu sindrom, "trixobezor" (saç topası) kiçik bağırsağı keçdikdə və bəzən də saçın uzun quyruq kimi uzandığı vəziyyətə çatdıqda baş verir.

İstinadlar

Kateqoriya:Bağırsaq xəstəlikləri Kateqoriya:Sindromlar