Məmməd Sadıq Əliyevin ticarət kontorunun binası və ya Çingiz Mustafayev adına klub — Şəki şəhərində yerləşən XIX əsrə aid tarixi-memarlıq abidəsi.
Bina, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 noyabr 2021-ci ildə verdiyi 338 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.
Haqqında Bina 1913-cü ildə ipəkçiliklə məşğul olan tacir Məmməd Sadıq Əliyev tərəfindən tikdirilib. Ticarət kontoru kimi fəaliyyət göstərən bina 3 mərtəbəlidir və çay daşı ilə bişmiş kərpicdən tikilib.
Sovet işğalından sonra binada kinoteatr fəaliyyət göstərib.
Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra binada Müəllimlər evi fəaliyyət göstərib.
Bina 2006-cı ildə Çingiz Mustafayev adına Fond və "VMF" şirkətinin təşəbbüsü ilə təmir olunub və burada Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin adına klub fəaliyyət göstərməyə başlayıb. Binada kino zalı, uşaq teatrı, rəsm qalereyası və muzey fəaliyyət göstərir. 2019-cu ildə binadakı kino zalı əsaslı təmir olunub və burada kinteatr fəaliyyət göstərməyə başlayıb.
2001-ci ildən binanın yerləşdiyi Şəki şəhərinin tarixi hissəsi UNESCO-nun Ümumdünya İrsi siyahısına namizəd seçilib. 2019-cu il iyulun 7-də "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi" UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Qərar Bakı Konqres Mərkəzində keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında qəbul olunub.
Bina, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 noyabr 2021-ci ildə verdiyi 338 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.
İstinadlar
Kateqoriya:Şəkidəki binalar və tikililər Kateqoriya:Şəki abidələri Kateqoriya:1913-cü ildə tamamlanmış binalar və tikililər Kateqoriya:XIX əsrdə tamamlanmış tikililər