Munçkin pişiyi — Genetik bir mutasiya nəticəsində çox qısa ayaqları ilə xarakterizə olunan pişik növü.

Tarix Bu növ, 1997-ci ildə "The International Cat Association" (TICA) tərəfindən tanındıqda böyük mübahisələrə səbəb oldu. Tənqidçilər, bu növün potensial sağlamlıq və hərəkətlilik problemləri ilə üzləşə biləcəyi ilə bağlı narahatlıq ifadə etdilər. Bu növün adı, yazıçı L. Frank Baumun 1900-cü ildə yazdığı "Oz sehrbazı" romanında təqdim etdiyi Munçkin ölkəsinin sakinlərindən götürülmüşdür. Qısa ayaqlı pişiklər 1940-cı illərdən bəri dünyanın müxtəlif yerlərində qeydə alınmışdır. 1944-cü ildə Britaniya veterinar hesabatında, ayaqlarının uzunluğu istisna olmaqla normal pişiklərə bənzəyən dörd nəsil qısa ayaqlı pişik qeydə alınmışdır. Bu xətt İkinci Dünya müharibəsi zamanı yox olsa da, 1956-cı ildə Rusiyada və 1970-ci illərdə ABŞ-də da qısa ayaqlı pişiklər müşahidə edilmişdir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Pişik cinsləri