Piksibob — Təbii şəkildə meydana gəlmiş vaşaq hibridlərinin nəslindən olan ev pişiyi.

Tarix

1985-ci ilin yazında Karol En Brever Vaşinqton ştatının Mount Baker yaxınlığında ləkəli xəzi, qısa quyruğu və çoxbarmaqlı (polydaktil) ayaqları olan unikal bir erkək pişik aldı. 1986-cı ilin yanvarında isə "Keba" adlı başqa bir erkək pişik əldə etdi. Bu pişik çox iri, qısa quyruqlu idi. Hətta vaşaq tərəfindən doğulduğu iddia edilirdi. Aclıqdan zəifləsə də, çəkisi təxminən 7,7 kq idi və boyu Breverin dizinə çatırdı. Bu iri pişik qonşunun ləkəli qəhvəyi rəngli dişi pişiyi ilə cütləşdi.Founder's Homepage Carol Ann Brewer 1986-cı ilin aprelində bu cütləşmədən balalar doğuldu. Brever balalardan bir dişi pişiyi, "Piksi" adlandıraraq, saxladı və bir il sonra Piksini əsas pişik kimi istifadə edərək yetişdirmə proqramına başladı.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Pişik cinsləri