Riri Fitri Sari — İndoneziya Universitetinin (UI) mühəndislik bölməsində Kompüter mühəndisliyi professorudur. İndoneziya Universitetinin İnformasiya Sistemləri və xidmətlərinin inkişafı üzrə İnformasiya Texnologiyaları direktoru vəzifəsindədir.

Fəaliyyəti Hal-hazırda əşyaların İnterneti, kompüter şəbəkələri, protokolların hazırlanması və informasiya-kommunikasiya texnologiyalarının tətbiqi sahəsində fəal şəkildə dərs deyir və tədqiqat aparır. 2010-cu ildən bu yana universitetlərin sıralamasında fəal iştirak edir. O, UI GreenMetric Ranking-in sədri kimi fəaliyyət göstərir. Azərbaycana səfəri Riri Fitri Sari 2025-ci ildə Azərbaycana səfər edib. O, AMEA-nın prezidenti İsa Həbibbəyli ilə görüşüb və elmi tədqiqatlarda tətbiqi, elektron xidmətlər şəbəkəsinin genişləndirilməsi barədə müzakirə aparıb. Mükafatları 2022: Milli Tədqiqat və innovasiya Agentliyi tərəfindən verilən Habibi mühəndislik mükafatı. 2022: Hitachi Global Foundation Asia İnnovasiya mükafatı. 2021: IEEE R10 "ayın şəxsiyyəti" mükafatı. 2017: 72 Icon Prestasi Pancasila mükafatı laureatı. 2015: Negeri Semarang Universiteti, Zakazara Dayaning Bavono Mükafatı. 2014: Qazaxıstanın təhsil sahəsində əla xidmətinə görə 80 illik yubiley xəzinəsi medalı. 2013: Hindistanlı qadın texnoloq, Kartini mükafatı. 2012: Hindistanın Kolkata şəhərində "ən ruhlandırıcı mühəndis" IEEE Region 10 mükafatı laureatı. 2012: PT Indosat tərəfindən İndoneziya "gəncləri və qadınları ilhamlandıran" mükafatı 2009: İndoneziyanın Ali Təhsil Nazirliyinin (Dikti – Depdiknas) ən görkəmli müəllimi mükafatı.

İstinadlar

Kateqoriya:İndoneziya müsəlmanları