We Are () – Cənubi Koreya qız qrupu "I-dle" tərəfindən buraxılmış səkkizinci Koreya minialbomu. 19 may 2025-ci ildə buraxılmışdır. Əsas sinqlı "Good Thing" olan alboma 6 trek daxildir.

Buraxılması 2 may 2025-ci ildə qrup öz yeddiilliyini qeyd etmək münasibətilə rebrendinq edəcəyini, bundan sonra "I-dle" adlanacağını və 19 mayda yeni minialbom buraxacağını açıqlamışdır. 5 mayda fərdi və qrup treylerininin buraxılmasından sonra minialbomunun adının "We Are" olacağı dəqiqləşmişdir. Minialboma daxil olan mahnıların siyahısı 7 mayda buraxılmışdır. 8 mayda pre-reliz mahnısı olan "Girlfriend" üçün musiqili tizer videosu yayımlanmışdır. Növbəti gün tam klip buraxılmışdır. 16 mayda minialbomun əsas mahnısı "Good Thing" üçün iki musiqili tizer videosu yayımlanmışdır. Minialbom 19 mayda "Good Thing" klipi ilə birlikdə buraxılmışdır.

Konsepsiya və kompozisiya "We Are" qrupun ilk albomudur ki, bütün üzvlər mahnıların yazılmasında və bəstələnməsində iştirak etmişdirlər. Soyon tərəfindən yazılan və bəstələnən "Good Thing" mahnısı retro üslubda musiqi alətlərinin ifasından ibarətdir və 2000-ci illərin avtotun üslubunu əks etdirir. Soyon tərəfindən yazılmış və bəstələnmiş digər mahnı "Girlfriend" ayrılıqlar yaşayan dostlara dəstək məqsədilə buraxılmışdır. Uqi "Love Tease" adlı disko trekini, Minni isə "Chain" adlı mahnını yazmış və bəstələmişdir. "Unstoppable" mahnısı Miyonun özü tərəfindən bəstələnmiş ilk mahnıdır. Şuhua isə "If You Want" mahnısı ilə ilk dəfə mahnı sözləri yazmışdır.

Tanıtım Minialbomun buraxılmasından sonra 19 may 2025-ci ildə qrup tərəfindən "YouTube"da "I-dle 8th Mini Album [We Are] Comeback Live" adlı tədbir keçirilmişdir. Tədbir minialbomun buraxılmasını qeyd etmək və fanatlarla əlaqə qurmaq məqsədi daşımışdır.

Trek siyahısı

İstinadlar

Kateqoriya:I-dle minialbomları Kateqoriya:2025-ci ilin minialbomları