Xəyal Fərzullayev — qapıçı mövqeyində çıxış edən Azərbaycan futbolçusu. Hazırda Azərbaycan Premyer Liqasında mübarizə aparan "Sumqayıt" FK-nın və Azərbaycanın U-21 milli komandasının üzvüdür.

Erkən həyatı Xəyal Fərzullayev 14 iyun 2005-ci ildə anadan olub. Futbol karyerasına erkən yaşlarda başlayaraq, qapıçı mövqeyində çıxış edir. 10 yaşından bəri "Sumqayıt"ın üzvüdür.

Karyerası Hazırda "Sumqayıt" FK-nın heyətində 36 nömrəli forma ilə çıxış edir və 183 sm boya malikdir.

Onun debüt matçı Misli Premyer Liqasının 32-ci turu çərçivəsində keçirilən "Sumqayıt" – "Qarabağ" qarşılaşmasına təsadüf edib. O, ilk matçında qapısını toxunulmaz saxlamağı bacarıb.

Milli Komanda Karyerası Xəyal Fərzullayev Azərbaycan milli komandalarının müxtəlif yaş qruplarında çıxış edib. O, U-19 və U-21 milli komandalarının heyətinə daxil edilib. 2025-ci ilin mart ayında U-21 milli komandasının təlim-məşq toplanışına dəvət olunub.

İstinadlar

Xarici keçid

Transfermarkt Sumqayıt FK

Kateqoriya:Azərbaycan futbolçuları Kateqoriya:Sumqayıt FK futbolçuları Kateqoriya:Azərbaycan U-21 milli futbol komandasının oyunçuları