Müslüm Kürəbəy (Kürəbək) oğlu Murtuzayev () — Azərbaycan-sovet partiya və dövlət xadimi, Azərbaycan Kommunist Partiyası Qusar Rayon Komitəsinin və Kəlbəcər Rayon Komitəsinin birinci katibi, Azərbaycan SSR Ali Sovetinin 4–8-ci çağırış deputatı.
Həyatı Müslüm Kürəbəy oğlu Murtuzayev 1921-ci il iyulun 23-də hazırkı Qusar rayonunun Hil kəndində anadan olmuşdur. Orta təhsilini kənd məktəbində almış, sonra isə müəllimləri təkmilləşdirmə kursunu bitirərək 1940-cı ildən Qusar rayonunda kənd məktəbi müəllimi işləmişdir.
1942-ci ildən etibarən Müslüm Murtuzayev komsomol təşkilatında çalışmış, sonra isə Azərbaycan Kommunist Partiyası Qusar Rayon Komitəsi (Qusar Rayon Partiya Komitəsi) yanında partiya kabinəsinin müdiri və partiya komitəsinin katibi olmuşdur. 1951-ci ildə Azərbaycan KP MK yanında ikiillik partiya məktəbini bitirdikdən sonra Qusar Rayon Partiya Komitəsinin ikinci katibi, 1952-ci ildən isə "Samur-Dəvəçi tikintisi" idarəsində siyasi şöbənin rəisi olmuşdur. 1954-cü ilin yanvar ayında Qusar Rayon Partiya Komitəsinin birinci katibi seçilmişdir.
Müslüm Murtuzayev 1974-cü ildən həyatının sonunadək Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin Bakıdakı üzümçülük üzrə tinglik trestinə rəhbərlik etmişdir.
Müslüm Murtuzayev 1942-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuş, Azərbaycan SSR Ali Sovetinin 4–8-ci çağırış deputatı seçilmişdir.
Müslüm Murtuzayev 20 noyabr 1980-ci ildə vəfat etmişdir.
İstinadlar
Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VIII çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VII çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VI çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin V çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin IV çağırış deputatları Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvlüyünə namizədlər Kateqoriya:Azərbaycan Kommunist Partiyası Təftiş Komissiyasının üzvləri