Savoyyalı Mariya Tereza (; ) — Savoyya hersoqu I Viktor Emmanuilin qızı, Lukka və Parma hersoginyası.

1803-cü ildə Romada əkiz bacısı Mariya Anna ilə birlikdə dünyaya gəldi. Atası Savoyya hersoqu I Viktor Emmanuil, anası isə Müqəddəs Roma imperatoru I Fransiskin nəvəsi Mariya Terezadır. Əkiz bacılar papa VII Piy tərəfindən vəftiz edildi. Uşaqlığının böyük qismi ailəsinin Napoleon müharibələri səbəbilə qaçıb sığındığı Sardiniya adasının mərkəzi Kalyaridə keçdi. Atasının 1814-cü ildə hakimiyyətini bərpa etməsinin ardından digər ailə üzvləriylə birlikdə Turinə qayıtdı.

5 sentyabr 1820-ci ildə Lukkada Etruriya kralı I Lüdovikin oğlu Karl Lüdoviklə evləndirildi. Cütlüyün bu nikahdan 2 övladı doğulsa da, bunlardan biri uşaq yaşda vəfat etdi.

Luiza Françeska (1821–1823) III Karl, Parma hersoqu

Ərinin 1824-cü ildə Lukka, 1847-ci ildə isə Parma hersoqluğuna sahiblənməsilə, Mariya Tereza da hersoginya ünvanına yüksəldi. Ərinin sayısız məşuqələriylə olan münasibətləri səbəbilə dinə yönələn Mariya Tereza əriylə yalnız rəsmi dəvətlər və səyahətlərdə birlikdə görünürdü. Nəhayət, 1840-cı ildə saray həyatından tamamilə ayrıldı və rahibələrin çoxluq təşkil etdiyi Pionere villasında yaşamağa başladı.

Öncə ərinin dövlət çevrilişiylə taxtdan endirilməsi, ardından taxta çıxan oğlu III Karlın sui-qəsdlə öldürülməsi hadisələrini kənardan izlədi. Xüsusilə də, 1854-cü ildə oğlunun öldürülməsindən sonra Viarecco şəhərində inzivaya çəkildi. 1879-cu ildə vəfat etdi və cənazəsi Romadakı Verano məzarlığına dəfn olundu.

Mənbə

Ədəbiyyat Mateos Sainz de Medrano. Ricardo. Changing Thrones: Duke Carlo II of Parma. Published in Royalty History Digest, Vol 3, N 1. July 1993

İstinadlar Kateqoriya:İtaliya qadınları Kateqoriya:Roma şəxsləri