Pavel Arxipoviç Zaqrebelni (; ) — SSRİ, Ukrayna yazıçısı, ictimai xadimi və fəalı, Taras Şevçenko adına Ukrayna Milli mükafatı (1974), SSRİ Dövlət mükafatı (1980), Ukrayna Qəhrəmanı mükafatı laureatı (2004). Zaqrebelninin ən məşhur əsərləri "Roksalana", "Mən, Boqdanam", "Divo", "Birinci körpü" və "Kiyevdə ölüm" tarixi romanlarıdır. Həyatı Pavel Zaqrebelni 25 avqust 1924-cü ildə Soloşino kəndində (indiki Poltava vilayəti, Ukrayna) anadan olub. Arxip Afanasyeviç (1894-1974) və Varvara Kirillovnanın (1895-1930) oğludur.

1941-ci ildə onillik məktəbi bitirdikdən sonra könüllü olaraq cəbhəyə yollanmış və Kiyevin müdafiəsində iştirak etmişdir. O, 346-cı atıcı diviziyasının 1168-ci atıcı alayında xidmət edib. Onun hərbi artilleriya məktəbi Haynts Quderianın tanklarının hücumunu dayandırmaq Sumiyə göndərilib. Ağır yaralanan Zaqrebelni Saratov xəstəxanasında müalicə olunduqdan sonra, cəbhə bölgəsinə qayıtmış, yenidən ağır yaralanmış və huşsuz vəziyyətdə tutulmuşdur. Amerikalılar tərəfindən əsirlikdən azad edilən Pavel, 1945-ci ildə Qərbi Almaniyada sovet hərbi missiyasında çalışıb.

Pavel Zaqrebelni 1946-1951-ci illərdə Dnepropetrovsk Universitetinin filologiya fakültəsində təhsil alıb.

Regional qəzetdə çalışmış Zaqrebelni 1954-cü ildə Kiyevə köçdükdən sonra isə "Vitçizna" jurnalında çalışıb. 1961-1963-cü illərdə isə o, "Literaturna Ukraina" qəzetinin redaktoru olub. 1964-cü ildən Ukrayna Sosialist Partiyası idarə heyətinin məsul katibi olub, sonra isə Ukrayna Yazıçılar İttifaqına rəhbərlik edib.

1960-cı ildən Sov.İKP üzvü olub.

Pavel Zaqrebelni 2009-cu il fevralın 3-də vərəmdən vəfat edib.

Əsərlərinin nəşrinə 1949-cu ildən başlanılmışdır. O, ilk kitabını Y.Ponomarenko ilə birgə ərsəyə gətirdiyi ilk kitabını 1953-cü ildə nəşr etdirib. Sonralar aşağıdakı əsərləri dərc olunub: "Çöl çiçəkləri" hekayələri (1955); "Dəniz sahili hekayələri" (1958), "Marevo" (1956), "Ölümssüzlük haqqında Duma" (1957) povestləri, "Avropa 45" (1959), "Avropa. Qərb" (1961), "Gələcək üçün bir gün" (1964), "Pıçıltı" (1966), "Mehriban İblis" (1967), "Möcüzə" (1968), "Əbədilik nöqtəyi nəzərindən" (1970), "Sevgiyə keçid" (1971), "Sabunlu ot" (1974), "Sürət" (1974), "Şir ürəyi", "Cənnətdən qovulan" (1985), "Cənub rahatlığı" (1986), "Dar ağacının altındakı Hopak" romanları. "Talib" tamaşası (A.Efrosun rejissor qeydləri ilə, E.Vesenin tərcüməsi) 1957. Zaqrebelninin tarixi romanları geniş kütlə arasında populyarlıq qazandı. "Divo" (1968), dilogiyası Kiyev Rus dövləti dövrünə həsr olunub. "Birinci körpü" (1972) və "Kiyevdə ölüm" (1973), "Eupraksiya" (1975); XVII əsrdə Zaporojye kazaklarının Polşaya hücumu dövrünü, eləcə də Boqdan Xmelnitskinin şəxsiyyəti "Mən, Boqdanam" (1983) romanında təsvir edilmişdir. Bununla belə, oxucular arasında ən böyük şöhrət və populyarlıq qazanan romanı Osmanlı sultanı Qanuni Sultan Süleymanın rəsmi həyat yoldaşı olmuş Ruteniyalı qul Xürrəm Sultanın taleyindən bəhs edən "Roksalana" (1980) romanıdır. Ailəsi Onun həyat yoldaşı Ella Mixaylovna Şerban (1929-2022), Sovet partiyasının lideri Mixail Fyodoroviç Şerbanın qızı olub. Onların bu nikahdan 1952-ci ildə qızı Marina, 1957-ci ildə isə oğlu Mixail dünyaya gəlib.

Mükafatları thumb|Baykovo qəbiristanlığında Pavel Zaqrebelninin məzar daşı* İki dəfə "Şərəf nişanı" ordeni (28.10.1967; 24.8.1984). İki dəfə "Qırmızı əmək bayrağı" ordeni (28.10.1967; 24.8.1984). "Xalqlar dostluğu" ordeni (23.8.1974). "Birinci körpü" (1972) və "Kiyevdə ölüm" romanlarına görə Taras Şevçenko adına Ukrayna Milli mükafatı (1974) . "Sürət" romanına görə SSRİ Dövlət mükafatı (1980) . "Oktyabr inqilabı" ordeni (7.8.1981). II dərəcəli "Vətən müharibəsi" ordeni (11.3.1985). III dərəcəli Boqdan Xmelnitski ordeni (Ukrayna). V dərəcəli Şahzadə Yaroslav Müdrik ordeni (Ukrayna; avqust 1999). Ukrayna Nazirlər Kabinetinin Fəxri Fərmanı (avqust 2004). Ukrayna Qəhrəmanı (Ukrayna qarşısında fədakar xidmətinə, ədəbiyyat sahəsində uzun illər səmərəli fəaliyyətinə, milli-mənəvi dəyərlərin zənginləşdirilməsindəki müstəsna şəxsi xidmətinə, humanist idealların təbliğinə görə, 25 avqust 2004-cü ildə Dövlət mükafatı ilə təltif edilmişdir).

Xatirəsi 2014-cü il avqustun 21-də Kiyevdə yazıçının 90 illik yubileyi şərəfinə Pavel Arxipoviçin yaşadığı evə xatirə lövhəsi vurulub.У Києві відкрили меморіальну дошку українському письменнику Павлу Загребельному. Esseləri

İstinadlar

Ədəbiyyat Загребельний Павло Архипович. Биография на сайте piplz.ru Загребельный корил дончан за любвеобильность. Павло ЗАГРЕБЕЛЬНЫЙ: «Политика напоминает мне вялотекущую шизофрению». «Роксолана» на русском. Xarici keçidlər Загребельний Павло Архипович. Биография на сайте piplz.ru Загребельный корил дончан за любвеобильность. Павло ЗАГРЕБЕЛЬНЫЙ: «Политика напоминает мне вялотекущую шизофрению». «Роксолана» на русском.

Kateqoriya:SSRİ Ali Sovetinin X çağırış deputatları Kateqoriya:"1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi" yubiley medalı ilə təltif edilənlər Kateqoriya:SSRİ yazıçıları Kateqoriya:İkinci Dünya müharibəsində SSRİ hərbçiləri Kateqoriya:Sov.İKP-nin XXVII qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XXVI qurultayının nümayəndələri Kateqoriya:SSRİ Ali Sovetinin İttifaq Sovetinin XI çağırış deputatları Kateqoriya:Ukrayna romançıları Kateqoriya:Ukraynalı yazıçılar Kateqoriya:Böyük Vətən müharibəsi artilleriyaçıları