2018-ci il Türkiyə prezident seçkiləri — 24 iyun 2018-ci ildə Türkiyədə keçirilən prezident seçkiləri. Seçimler ikinci tura kalırsa hangi tarihte yapılacak 2018-ci ildə Türkiyədə keçirilən Parlament seçkilərlə eyni gündə keçirilib. Bu, 2017-ci il Türkiyə Konstitusiya dəyişikliyi referendumu təsdiq edildikdən sonra keçirilən ilk prezident seçkiləridir.

Seçkilər ilkin olaraq 2019-cu ilin noyabr ayına təyin edilmişdi. Prezident Rəcəb Tayyib Ərdoğan və MHP sədri Dövlət Baxçalı 2017-ci il konstitusiya dəyişikliklərinin qüvvəyə minməsini əsas ğörərək “artıq gözləməməyə” ehtiyac olmadığını söyləyiblər.Erdoğan erken seçim tarihini açıkladı Bunun ardınca 2018-ci il seçkiləri ilə baş nazir vəzifəsi ləğv edildi və prezidentlik sisteminin ilk hökuməti fəaliyyətə başladı.

Hazırkı prezident Rəcəb Tayyib Ərdoğan növbəti dəfə prezidentliyə namizədliyini irəli sürüb. Səlahəddin Dəmirtaş ikinci dəfə namizədliyini irəli sürərkən, Məhərrəm İncə, Meral Akşenər, Temel Karamollaoğlu və Doğu Perinçek də prezidentliyə namizəd olacaqlarını açıqlayıblar. Ərdoğan seçkidə ilk turda səs çoxluğu ilə qalib gəldi.YSK Başkanı Sadi Güven: Erdoğan geçerli oyların salt çoğunluğunu aldı

Arxa planı 2016-cı ildə Türkiyədə hərbi çevriliş cəhdindən sonra ölkədə fövqəladə vəziyyət elan edildi. 2017-ci ildə Türkiyədə keçirilən konstitusiya dəyişikliyi referendumundan sonra ölkənin idarəetmə forması prezidentlik sistemi olaraq təyin olundu. 2017-ci ilin noyabrında Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı Ədalət və İnkişaf Partiyası ilə ittifaq təklifi edib və 2018-ci ilin fevralında Xalq Alyansı yaradılıb.AK Parti Genel Sekreteri Şahin: Cumhur ittifakı, milletimizin ortak iradesinin sonucudur Normal şəraitdə seçkinin 3 noyabr 2019-cu ildə keçirilməsi nəzərdə tutulurdu, lakin Baxçalının növbədənkənar seçkiləri lazım bildiyini və prezident Rəcəb Tayyib Ərdoğanın 18 aprel 2018-ci ildə məsələyə müsbət yanaşdığını bildirməsindən sonra yeni seçki tarixi irəli sürüldü. Elə həmin gün fövqəladə vəziyyət rejimi seçki tarixini də daxil etmək üçün daha üç ay uzadılıb.Olağanüstü halin (OHAL) 3 ay daha uzatılmasına ilişkin Başbakanlık tezkeresi, TBMM Genel Kurulunda kabul edildi

20 aprel 2018-ci ildə Türkiyə Böyük Millət Məclisində növbədənkənar seçki təklifi qəbul edildi.Erken seçim teklifi TBMM'de kabul edildi

Namizədlər Şərtləri Türkiyə Respublikasının Konstitusiyasının 101-ci maddəsinə əsasən, prezident “40 yaşına çatmış, ali təhsili başa vurmuş, millət vəkili seçilmək hüququ olan Türkiyə vətəndaşları arasından birbaşa olaraq xalq tərəfindən seçilir”. Ən son Parlament seçkilərində "fərdi və ya kollektiv şəkildə ümumi etibarlı səslərin ən azı beş faizini və ən azı yüz min seçicini toplayan siyasi partiyalar" prezidentliyə namizəd irəli sürə bilər.

Namizədlərin müəyyənləşdirilməsi Xalq Alyansı Hazırkı prezident, Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan namizəd ola biləcəyini bəyan edib.'ABD’li askerler ile YPG’liler yan yana' Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı 8 yanvar 2018-ci ildə seçkilərdə namizəd olmayacağını və partiyası Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcəyini açıqlamışdı.Bahçeli'den 'Cumhurbaşkanlığı adaylığı' açıklaması Böyük Birlik Partiyasının sədri Mustafa Destici 19 aprel 2018-ci il tarixli açıqlamasında Ərdoğanı dəstəkləyəcəklərini bildirib.BBP Genel Başkanı Destici: Seçimlerde Erdoğan'ı destekliyoruz Ərdoğan 27 aprel 2018-ci ildə millət vəkillərinin namizədliyi üçün tələb olunan razılıq formasını imzalayıb.Cumhurbaşkanı Erdoğan, adaylık için muvafakatnameyi imzalayarak AK Parti Grup Başkanvekillerine teslim etti MHP 2 may 2018-ci ildə Ərdoğanın namizədliyi ilə bağlı qrup qərarını verdi. AK Partiya da 3 may 2018-ci ildə 316 millət vəkilinin imzaladığı qərar ilə Ərdoğanın namizədliyini irəli sürüb.AK Parti'nin Cumhurbaşkanı adayı Recep Tayyip Erdoğan MHP sədri Dövlət Baxçalı və AK Partiyanın üzvü, baş nazir Binəli Yıldırım Ərdoğanın namizədlik ərizəsini 4 may 2018-ci il tarixində Yüksək Seçki Komissiyasına təqdim etdilər.Cumhur İttifakı'nın protokolü belli oldu

Cümhuriyyət Xalq Partiyası Cümhuriyyət Xalq Partiyasından olan millət vəkilləri Öztürk Yılmaz və Didem Engin 20 aprel 2018-ci ildə namizədliklərini açıqladılar. CHP Partiya Məclisi prezidentliyə namizədin müəyyən edilməsi səlahiyyətini başqan Kamal Kılıçdaroğluna verdi.CHP PM, Kılıçdaroğlu'na ittifak yetkisi verdi Kılıçdaroğlu namizəd olmayacağını və namizədin müəyyənləşməsi üçün çalışacağını açıqlayıb. CHP 4 may 2018-ci ildə 110 millət vəkilinin imzaladığı qrup qərarı ilə Məhərrəm İncənin namizədliyini irəli sürüb.CHP'nin adayı resmen Muharrem İnce... İnce'den ilk sözler Bir gün sonra İncənin namizədlik ərizəsi Ali Seçki Şurasına göndərildi.CHP, İnce için YSK'ya adaylık başvurusu yaptı

Xalqların Demokratik Partiyası Xalqların Demokratik Partiyası Səlahəddin Dəmirtaşın namizədliyini irəli sürəcəyini açıqladı.HDP’nin Cumhurbaşkanı adayı Demirtaş oldu Namizədliyin rəsmi elanı 4 may 2018-ci ildə verildi. 11 may 2018-ci il tarixində Milli Müdafiə Nazirliyinin keçmiş baş katibi hazırda həbsdə olan Səlahəddin Dəmirtaşın namizədliyinin ləğvi üçün Ali Seçki Komissiyasına müraciət edib.CHP'nin adayı resmen Muharrem İnce... İnce'den ilk sözler Ali Seçki Şurası ərizəni rədd etdi.Abdullah Zeydan - Selahattin DemirtaşYSK, Demirtaş'ın adaylığının iptali için yapılan başvuruyu reddetti

İYİ Partiya İYİ Partiyasının sədri Meral Akşenər 100.000 imza toplayacağı təqdirdə prezidentliyə namizəd olacağını açıqlayıb və 2 may 2018-ci ildə namizədlik üçün rəsmi müraciət edib.Meral Akşener’den Cumhurbaşkanlığı adaylığı açıklaması O, 4 may 2018-ci ildə seçicilərin namizədlər irəli sürə biləcəyi ilk gündə tələb olunan 100.000 imzaya çataraq namizəd olmaq hüququ qazanıb.Meral Akşener 100 bin imzayı 4 saatte topladı

Səadət Partiyası Səadət Partiyası ortaq namizəd irəli sürmək üçün müxalifət partiyaları ilə danışıqlar aparıb və 11-ci prezident Abdullah Gülün namizəd kimi irəli sürülməsini təklif edib. CHP bu təklifə müsbət yanaşıb. CHP "Gül'de ısrarlı" Lakin Akşenər namizədliyini geri götürməyəcəyini açıqladı.Akşener: Keşke Abdullah Gül de aday olsa Bunun üzərinə Gül 28 aprel 2018-ci ildə verdiyi açıqlamada geniş konsensus əldə olunmadığı üçün namizəd olmayacağını açıqladı.Abdullah Gül günlerdir beklenen açıklamayı yaptı: Adaylığımla ilgili bir süreç artık söz konusu değil Abdulla Gülün namizədliyi uğursuz olduqdan sonra Təməl Karamollaoğlu 2018-ci il mayın 1-də Səadət Partiyasından prezidentliyə namizədi oldu.Son dakika... Saadet Partisi cumhurbaşkanı adayını açıkladı Karamollaoğlu rəsmi namizədlik ərizəsini 2 may 2018-ci ildə edib.Karamollaoğlu YSK'ya başvurdu O, 6 may 2018-ci ildə seçicilərin namizədlər irəli sürə biləcəyi üçüncü gündə tələb olunan 100.000 imzaya çataraq namizəd olmaq hüququ qazandı."İmzada son durum... Hangi aday ne kadar topladı?"

Vətən Partiyası Vətən Partiyası lideri Doğu Pərinçəkin namizədliyini irəli sürəcəyini açıqladı və Pərinçəkin namizədlik ərizəsi 1 may 2018-ci ildə edildi.Vatan Partisi Genel Başkan Yardımcısı Mehmet Bedri Gültekin, 2019 yılında yapılacak başkanlık seçimlerinde partinin Genel Başkanı Doğu Perinçek'in adayları olduğunu açıkladı Pərinçək, seçicilərin namizəd təklif edə biləcəyi altıncı və son gün olan 9 May 2018-ci ildə tələb olunan 100.000 imzaya çataraq namizəd olmaq hüququ qazanıb.Vatan Partisi lideri Doğu Perinçek cumhurbaşkanı adayı oldu'İmza'da son: Akşener, Karamollaoğlu ve Perinçek 100 bini geçti, Öz 2 bin 900'de kaldı

Namizəd ola bilməyənlər Ədalət Partiyasının sədri Vecdət Öz Ana Vətən Partiyası və Doğru Yol Partiyasının dəstəyi ilə prezidentliyə namizədliyini irəli sürəcəyini açıqlayıb. 2 may 2018-ci ildə rəsmi namizədlik ərizəsini verən Vecdət Öz, 4-9 may 2018-ci il tarixləri arasında cəmi 3030 seçicinin dəstəyini qazanaraq namizəd ola bilməyib.Adalet Partisi (AP) Genel Başkanı Vecdet Öz 100 bin imza ile cumhurbaşkanı adaylığı için Yüksek Seçim Kurulu’na (YSK) başvurduYSK, Cumhurbaşkanı adaylarını açıkladı

Rəsmi namizədlər Ali Seçki Şurası rəsmi namizədləri 13 may 2018-ci ildə elan edib.

Prezidentliyə namizədlərin rəsmi siyahısı seçki bülletenində görünmə qaydası ilə 1 2 3 4 5 6 Məhərrəm İncə Meral Akşenər Rəcəb Tayyib Ərdoğan Səlahəddin Dəmirtaş Təməl Karamollaoğlu Doğu Pərinçək CHP İYİ Partiya AK Parti Xalqların Demokratik Partiyası Səadət Partiyası Vətən Partiyası

İmza toplama prosesi Mayın 4-dən 9-na kimi seçkilər keçirilib və insanlar yerli seçki şuralarının şöbələrində seçdikləri prezidentliyə namizədləri imzalaya biliblər. Onlara yalnız bir namizədi imzalamağa icazə verilib. Rəsmi namizəd olmaq üçün tələb olunan imzaların sayı 100 min idi.

Xaricdə yaşayan vətəndaşlara dəstəklədikləri namizədlər üçün imzalanmış bəyannamələri poçt vasitəsilə Türkiyədə yerli seçki şuralarına göndərməyə icazə verilib. 17-si Akşenər, 18-i Karamollaoğlu, 35-i Pərinçək olmaqla, 72 nəfər imzalayıb.5. günün sonunda son durum! Perinçek PartiyaNamizədGündəlik imzalar 4 May 5 May 6 May 7 May 8 May 9 May İyi Partiya Meral Akşenər 127,850 Səadət Partiyası Təməl Karamollaoğlu135,945}} Vətən Partiyası Doğu Pərinçək 118,575}} Ak Partiya Vecdet Öz Cəmi

Kampaniyalar Ərdoğanın kampaniyası |thumb|Rəcəb Tayyib Ərdoğan 23 iyun 2018-ci ildə İstanbulda Ədalət və İnkişaf Partiyasının mitinqində çıxış edir.

Rəcəb Tayyib Ərdoğan ilk mitinqini 28 aprel 2018-ci ildə İzmirdə keçirdi.SON DAKİKA... Cumhurbaşkanı Erdoğan AK Parti'nin seçim manifestosunu açıklıyor Ərdoğanın seçkiyə qədər 55 vilayətdə mitinqlər keçirəcəyi açıqlanıb. O, həmçinin 2018-ci il mayın 20-də Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda Avropada yaşayan türklərlə görüşmək üçün mitinq keçirib.Bosna Hersek’te Erdoğan’ın seçim etkinliği planlarına tepkiCumhurbaşkanı Erdoğan, Avrupa'daki Türklere seslendi

Ərdoğan 24 may 2018-ci ildə Ankarada partiyasının seçki manifestini açıqladı. Ərdoğanın şüarları “Türkiyə zamanı” və “Güclü demokratiya, güclü iqtisadiyyat” olub. "AK Parti Seçim Beyannamesi ve Aday Tanıtım Toplantısı". Erdoğan’dan 360 sayfalık seçim beyannamesi

Məhərrəm İncənin kampaniyası

Məhərrəm İncə 4 may 2018-ci ildə namizədliyi açıqlanarkən Türkiyə Böyük Millət Məclisinin birinci binası qarşısına toplaşan kütlə qarşısında çıxış edib."Muharrem İnce 1. Meclis'in önünde konuştu" Onun ilk mitinqi 5 may 2018-ci ildə Yalovada keçirilib.Muharrem İnce seçim startını Yalova'dan verdi O, 2018-ci il mayın 10-da aktivlərini mətbuata açıqlayıb.https://web.archive.org/web/20180520054841/https://www.ntv.com.tr/turkiye/muharrem-ince-mal-varligini-acikladi,Wryw-B0dREe8S1elBJBv5w Muharrem İnce mal varlığını açıkladı O, prezident seçiləcəyi təqdirdə CHP üzvlüyündən çıxacağını və bitərəf olacağını, ölkənin parlament sistemi olaraq idarə formasını bərpa edəcəyini, fövqəladə vəziyyəti ləğv edəcəyini, Prezident Köşkü əvəzinə Çankaya Köşkündə yaşayacağını, sarayın tələbələrin istifadəsinə veriləcəyini açıqladı. 19 və 29 oktyabrda Türkiyə Cəza Məcəlləsində prezidenti təhqir etmə cinayətinin ləğv ediləcəyini bildirib.Muharrem İnce seçim startını Yalova'dan verdiMuharrem İnce ilk vaadini açıkladıMuharrem İnce, ‘cumhurbaşkanı olursa’: İlk iş OHAL’i kaldırmak İncənin kampaniyası üçün seçilən şüar "Türkiyəyə zəmanət, Məhərrəm İncə" idi.İşte Muharrem İnce'nin afişi ve sloganı 19 may 2018-ci ildə Samsunda seçki manifestini açıqladı.İşte Muharrem İnce'nin seçim manifestosu Kampaniya boyu 107 mitinq keçirdi.İnce 107; Akşener 71, Erdoğan 43 miting yaptı…

Dəmirtaşın kampaniyası

Səlahəddin Dəmirtaş 2016-cı ilin noyabr ayından həbsdə olduğu üçün təbliğat kampaniyasını vəkilləri vasitəsilə aparırdı.HDP'nin adayı Demirtaş'tan ilk mesaj Kampaniya boyu “Vətəndaş, Yoldaş, Dost Dəmirtaş”, “Tu Dikari” (Sən bacararsan) və “Mırovekî Baş Demirtaş” (Yaxşı Adam Demirtaş) şüarlarından istifadə edilirdi.HDP, tutuklu bulunan eski HDP Eş Genel Başkanı Selahattin Demirtaş’ın cumhurbaşkanı adaylığını resmi olarak duyurdu

Meral Akşenərin kampaniyası