Elhan Kastrati (, ) — Albaniyalı peşəkar futbolçu. Hazırda İtaliyanın "Cittadella" klubunda və Albaniya milli futbol komandasında qapışı kimi çıxış edir.

Karyera

Klub Kastrati futbol karyerasına 2009-cu ildə "Teuta" klubunun akademiyasında başlamışdır. 2012–2013 mövsümündə klubun əsas komandasında iki liqa və dörd kubok oyununda iştirak etmişdir.

2014-cü ilin fevralında İtaliyanın "Renato Curi Angolana" klubunun gənclər komandasına qoşulur.

2014-cü ilin iyul ayında "Peskara" klubuna keçmiş və burada klubun gənclərdən ibarət komandasında 2014–2015 mövsümündə səkkiz oyunda iştirak etmişdir. 2015–2016 mövsümündə əsas komandada İtaliya kubokunda bir oyunda, İtaliya B Seriyasında isə iki oyununda ehtiyat oyunçular skamyasında yer almışdır.

2016-cı ilin iyul ayında "Pyacentsa" klubuna icarəyə verilmiş və burada bir oyunda iştirak etmişdir.

2017-ci ilin yanvarında "Teuta" klubuna icarəyə verilmiş və, bu klubda, 2017–2018 mövsümündə 26 oyunda çıxış etmişdir.

2020-ci ilin yanvar ayında "Trapani" klubuna transfer olmuş və burada iki oyunda iştirak etmişdir.

2020-ci ilin oktyabr ayında "Cittadella" klubuna keçmiş və 2025-ci ilin fevral ayına qədər 140 oyunda iştirak etmişdir.

Milli komanda Kastrati 2012–2014-cü illərdə Albaniya U17 komandasında 11 oyunda, 2015-ci ildə U19 komandasında 3 oyunda və 2017–2018-ci illərdə U21 komandasında 16 oyunda iştirak etmişdir.

2022-ci ildən etibarən Albaniya milli futbol komandasında çıxış edir və iki oyunda iştirak etmişdir.

İstinadlar

Kateqoriya:Albaniyanın kişi futbolçuları Kateqoriya:Albaniya milli futbol komandasının oyunçuları Kateqoriya:Albaniya U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:Peskara FK futbolçuları Kateqoriya:Pyaçentsa FK futbolçuları Kateqoriya:Albaniya Superliqası futbolçuları Kateqoriya:İtaliya B Seriyası futbolçuları Kateqoriya:İtaliya C Seriyası futbolçuları Kateqoriya:Legioner Albaniya futbolçuları Kateqoriya:UEFA Avro 2024 futbolçuları Kateqoriya:Teuta FK futbolçuları Kateqoriya:Kişi futbol qapıçıları Kateqoriya:Albaniyalı legioner kişi futbolçular