Amphiesma stolatum (Zolaqlı qayalıq ilanı) — Asiyada geniş yayılmış zəhərsiz suilanıkimilər fəsiləsinə aid ilan növü.

Anatomiya və morfologiya

Zolaqlı qayalıq ilanı kiçik və incə bədənli bir ilandır. Ümumilikdə zeytun-qəhvəyi və ya boz rəngdə olur. Baş və bədən eyni rəngdədir. Bədəni qısa, quyruğu isə uzun və incədir, quyruq ümumi uzunluğunun təxminən dörddə birini təşkil edir. Bu ilanın ən diqqətçəkən xüsusiyyəti onun bel xətti boyunca uzanan iki sarı zolaqdır. Bu zolaqlar baş hissəsində daha zəif, bədənin ikinci yarısında isə daha parlaq olur. Bədənin alt tərəfi açıq krem rəngindədir və hər iki kənar boyunca kiçik qara ləkələr yayılmışdır. Bədənin üst səthində kələkləri olan pulcuqlar var.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:1758-ci ildə təsvir edilən sürünənlər Kateqoriya:Pakistan sürünənləri Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış heyvan taksonları