Qoşadizə (əvvəlki adı: Qoşa Dizə) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd. Azərbaycan Respublikasının inzibati — ərazi bölgüsü. Məlumat toplusu. Bakı – 2013. 488 səh.
Tarixi "Naxçıvan Muxtar Respublikası şəhər və rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının1 mart 2003-cü il tarixli 423-IIQ nömrəli Qanununun "Ordubad rayonu üzrə" hissəsi ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Aza kənd inzibati ərazi dairəsi tərkibindəki Qoşa Dizə kəndi "Qoşadizə kəndi" adlandırılmışdır.
29 mart 2005-ci ildə Kələntər Dizə və Qoşadizə kəndləri Sabirkənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Qoşadizə kəndi mərkəz olmaqla, Qoşadizə kənd inzibati ərazi dairəsi yaradılmışdır.
Mədəniyyəti Klubu, kitabxanası, tibb məntəqəsi var.
Coğrafiyası və iqlimi Rayonun mərkəzindən 22 km şimalda, Gilançayın sağ sahilindədir.
Əhalisi Əhalisi 467 nəfərdir. Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı — 2010.
İqtisadiyyatı Əhalisi meyvəçilik, tərəvəzçilik və heyvandarlıqla məşğuldur.
Həmçinin bax Ordubad rayonu Qoşadizə (Babək)
İstinadlar
Kateqoriya:Ordubad rayonunun kəndləri