Nazim İbrahim oğlu İbrahimov (18 may 1947, Bakı – 06 mart 2000) — Ədliyyə general-mayoru (1992). Ali Məhkəməsinin sədr müavini, hərbi kollegiyanin keçmiş sədri. Hərbi hakim.

Həyatı

Nazim Ibrahim oğlu Ibrahimov 1947-ci ildə Bakı şəhərində anadan olub.

Nazim Ibrahimov 1964-cü ildə orta məktəbi bitirmiş, M. V. Frunze adına Hərbi Akademiyanın hərbi hüquq faküləsini 1973-cü ildə bitirmişdir. Hərbi qarnizon hakimi kimi fəaliyyət göstərmişdir (Almaniya, Monqoliya, Nerçinsk, Kuybışev ).

1992-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Nazim İbrahimova Ədliyyə general-mayoru rütbəsi verilib və o, Ali Məhkəməsinin sədr müavini, hərbi kollegiyanin sədri təyin olunub.

Ailəsi Atası - İbrahim Nəsrulla oğlu İbrahimov, 1941-1945 Vətən Müharibəsinin iştirakçısı. Anası - Firəngiz. 4 qardaşı var idi - Ziya, Zahid, Oqtay, Tofiq. Ailəli idi, 2 övladı var - Rauf İbrahimov, Rusiyada hərbi hakimdir və Lalə.

İstinadlar Kateqoriya:Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Kateqoriya:Azərbaycan Respublikası Ali Məhkəməsinin sədr müavinləri Kateqoriya:Azərbaycan generalları Kateqoriya:Azərbaycanlı generallar