Əbu Əbdirrəhman Məhəmməd ibn Məsləmə ibn Sələmə əl-Əvsi əl-Ənsari (; ) — Məhəmməd peyğəmbərin səhabəsi və vəhy katibi. O, ölüm cəzasını yerinə yetirən səhabələrdən biri idi.
Bioqrafiyası Hicrətdən 35 (və ya bisətdən 22) il əvvəl Yəsribdə anadan olub. Atası Əvs, anası isə Xəzrəc qəbiləsinə mənsubdur. Ləqəbləri Əbu Səid və Əbu Abdullahdır. Musəb ibn Umeyr vasitəsilə müsəlman olub. Məhəmməd peyğəmbər Mədinəyə gəldikdə onu Əbu Ubeydə ibn Cərrahla qardaşlaşdırıb.
Təbük döyüşündən başqa bütün döyüşlərdə iştirak edib. Uhud döyüşündə Məhəmməd peyğəmbəri qorumaq üçün bədənini sipər edərək, oğlanları ilə birlikdə onu qoruyub. Hudeybiyə beyəti və Xeybər döyüşündə peyğəmbəri qoruyanlardan biri idi. Təbük döyüşündə peyğəmbər onu Mədinədə öz yerinə xəlifə təyin edib.
Döyüşdən əvvəl malının bir hissəsini peyğəmbərin ixtiyarına verən Məhəmməd ibn Məsləminin demək olar ki, bütün döyüş və hərbi yürüşlərin planlaşdırılması və icrasında iştirak edib. Döyüşlərdə göstərdiyi cəsarətə görə ona "Peyğəmbərin süvarisi" () ləqəbi verilib.
O, 14 Rəbiül-əvvəl hicri 3-cü ildə (4 sentyabr 624) islama olan düşmənçiliyi ilə tanınan yəhudi şair Kəb ibn Əşrəf və İbn Əbil-Huqeyqin öldürülməsində iştirak edib.
11 Məhərrəm hicri 6-cı ildə 30 nəfərlə birlikdə Qurata qəbiləsinin üzərinə göndərilib. Həmin ilin Rəbiul-axir ayında isə Sələbə ibn Səd oğullarının üzərinə göndərilib. Pusquya düşsə də yaralı vəziyyətdə Mədinəyə qayıtmağı bacarıb.
Əbu Bəkr, Ömər və Osmanın dövründə əmirləri yoxlamaqla vəzifələndirilib. Ömərin dövründə Kufə valisi Səd ibn Əbu Vəqqasın Kufədə özü üçün bir köşk tikdirir və Kisranın Mədaindəki köşkünün qapısını çıxartdıraraq öz köşkündə istifadə edir. Bu haqda xalq xəlifə Ömərə şikayət edir. Ömər Məhəmməd ibn Məsləməni köşkü yandırmaq üçün Kufəyə yollayır. Məhəmməd ibn Məsləmə vəzifəsini yerinə yetirib, Mədinəyə qayıdır.
Osman öldürüldükdən sonra Əlinin xəlifə seçilməsində iştirak edir. Fitnə vaxtı Rəbəzə kəndinə gedərək orada məskunlaşır. Cəməl və Siffində iştirak etmir. Ona qonaq gələn Əbu Bürdə əl-Əşari, insanlara doğruları danışmağın daha yaxşı olacağını dedikdə ona belə cavab verir:
Hüzeyfə ibn əl-Yəman fitnələrin Məhəmməd ibn Məsləməyə təsir edə bilməyəcəyini demişdir. Məhəmməd ibn Məsləmə Səfər ayında hicri 43-cü ildə (may 663) Mədinədə vəfat edib. Bu tarix hicri 46 və 47-ci il (667) olaraq da rəvayət edilib. Bəzi rəvayətlərdə onun İordaniyadan gələn bir nəfər tərəfindən öldürüldüyü də nəql edilib. Cənazə namazını Mədinə valisi Mərvan ibn Həkəm qıldırıb və Bəqidə dəfn edilib.
Onun yeddi xanımından on oğlu və altı qızı dünyaya gəlmişdir. Uşaqlarından beşi səhabədir.
İrsi və mirası Əhməd Adil Kamal ("Məhəmməd ibn Məsləmə əl-Ənsari", Ciddə: 1982) və Əbdüləziz əş-Şinnəvi ("Məhəmməd ibn Məsləmə hərisu-Rəsulillah", Mənsurə: 1993) onun haqqında kitab qələmə almışdırlar.
Hədis elmindəki yeri O, Məhəmməd peyğəmbərdən 16 hədis rəvayət etmişdir. Ondan da Səhl ibn Əbu Həsmə və Misvər ibn Məhrəmə kimi səhabələrlə Qabisə ibn Züeyb, Urvə ibn Zübeyr, Həsən əl-Bəsri, Əbu Bürdə əl-Əşari və Əbdürrəhman ibn Hörmüz kimi tabiinlər hədis rəvayət etmişlər. Onun rəvayətlərinə "Kütübi-sittə"də və bir çox hədis kitabında yer verilmişdir.
İstinadlar Kateqoriya:Ravilər Kateqoriya:Ənsarilər