Lauma (, ) — Baltik mifologiyasında meşə pərisi və yetimlərin hamisi olan ruh. O, həmçinin Yotvinq mifologiyasında da mövcuddur. Əvvəlcə göy ruhu olaraq qəbul edilsə də, insan əzabına olan mərhəməti onu yerə enməyə və insanların taleyini bölüşməyə sövq etmişdir.

Litva mifologiyasında Laumalar – Litva mifologiyasının ən qədim tanrıçalarıdır. Onların obrazı Buz dövründən sonra, Mezolit dövründə formalaşmış ola bilər. Laumalar heyvan formasında görünə bilərdilər: madyanlar, keçi dişilər, ayılar və ya itlər şəklində. Sonralar antropomorfik (insanabənzər) forma aldılar: adətən quş pəncələri olan qadınlar kimi təsvir olunurdular. Bəzən başları və ya aşağı bədən hissəsi keçiyə oxşayırdı. Digər formalar arasında it-qadın və ya madyan-qadın qarışığı olan varlıqlar da vardı – onlar bir növ sentaurları xatırladırdı. Sikloplar kimi tək gözlü ola bilirdilər. Onların böyük döşləri olurdu və daş gilələri var idi. Yerdə tapılan belemnitid fosilləri "Laumaların gilələri" adlandırılırdı.Laumė. Mitologijos enciklopedija, 2 tomas. – Vilnius: Vaga, 1999. – 283 p.

Laumalar xüsusilə kişilər üçün təhlükəli sayılırdı. Onları gıdıklayaraq və ya çimdikləyərək öldürür, sonra isə yeyirdilər. Bu baxımdan yunan mifologiyasındakı Lamia ilə oxşarlıq göstərirdilər. Litva mifologiyası həmçinin bildirirdi ki, Laumalar böyük inəklər saxlayırdı və inəkləri hər kəs sağa bilərdi. Ancaq çox soyuq havalarda inəklər ölürdü; belemnitid fosilləri onların məmələrinin qalıqları hesab edilirdi. Laumalar dəmir alətlərdən qorxurdular.

Laumalar hava tanrıçaları hesab edilirdi. Onların gözəllikləri ilə tanınan göy tanrıçaları olduğu və göy üzərində almaz taxtda oturduqları deyilirdi. Bəzi miflərdə Lauma göy gurultusu tanrısı Perkunasın gəlini sayılırdı, lakin onlar evlənmədilər, çünki Lauma Ay Tanrısına aşiq olmuşdu (Litva mifologiyasında Ay kişi tanrı sayılırdı). Başqa miflərdə isə Lauma Velnias (Şeytan) tərəfindən qaçırılmışdı və Tuolius adlandırılmışdı. Bu səbəbdən Laumanın ay işığını sevdiyinə inanılırdı. Başqa bir mifdə isə Perkunasın gəlini Vaiva adlı Lauma idi. Göy qurşağı "Vaivanın lenti" adlandırılırdı. Vaivanın sevdiyi müğənni Straublys lenti oğurlamışdı. Yağış yağanda, Straublys lentini göyə uzadır, Perkunas isə qəzəblənib göy guruldadırdı.

Başqa bir mifə görə, Lauma yer üzündə bir gözəl gəncə aşiq olur və onların Meilius adlı oğlu doğulur (Meilius adı "sevgi" mənasını verən "Meilė" sözündən yaranmışdır). Lauma oğlunu əmizdirmək üçün vaxtaşırı göyə qalxırdı. Ancaq ali tanrı günahkar sevgidən xəbər tutdu və Meiliusu ulduzlar arasındakı ən yüksək yerə atdı. Sonra isə Laumanın döşlərini kəsdi və onların daş qalıqları yer üzünə səpələndi.

Laumalar yer üzünə enərək göllərin yaxınlığında, tərk edilmiş hamamlarda, göl adalarında və ya sıx meşələrdə yaşayırdılar. Litvada bir çox su hövzələrinin adı "Lauma" sözü ilə bağlıdır.Of Gods and Men: Studies in Lithuanian Mythology (Folklore Studies in Translation), Algirdas J. Greimas (1992) 248 pag. , Onlar adətən çayların, göllərin, bataqlıqların kənarında toplanır, gecə şeh düşdüyü çəmənliklərdə rəqs edir və şənlənirdilər. Onların izi otların arasında halqalar (Fairy Ring) şəklində qalırdı. Laumaların gücü xüsusilə Yeni Ayın Cümə günü və ayın ən yağışlı günlərində artırdı. Onlar mahnı oxuyaraq, rəqs edərək və ya lənətlər yağdıraraq dolu, fırtına və ya yağış gətirə bilərdilər. Laumaların mahnısı XIX əsrə qədər toylarda ifa edilirdi. Mahnı və rəqs yağış yağdırmaq üçün icra edilirdi.An encyclopedic dictionary of mythological and folkloric characters, epics, legends, etc. of most nations of the world, with particular attention to nations of the USSR. Edited by E.M. Meletinskii, S.S. Averintsev, V.V. Ivanov, R.V. Makarevich, et al. 1990.

Latış mifologiyasında Latış mifologiyasında Lauma doğuş zamanı köməkçi ruhdur.Jonas Balys, Haralds Biezais: Baltische Mythologie. In: Hans Wilhelm Haussig, Jonas Balys (Hrsg.): Götter und Mythen im Alten Europa (= Wörterbuch der Mythologie. Abteilung 1: Die alten Kulturvölker. Band 2). Klett-Cotta, Stuttgart 1973, . O, ana və uşağın sağlamlığı və rifahını qoruyur. Əgər ana sağ qalmazsa və ya uşağından imtina edərsə, Lauma onun ruhani ögey anası olur. O, uşağın taleyinin parçasını toxuyur, lakin bəzilərinin acı taleyi üçün ağlayır. Parçanın müəyyən qədər öz-özünə toxuna bilməsi isə Laumanın da üzərində daha ali bir qüvvənin mövcud olduğunu göstərir.Ilze Vjatere. Mitoloģijas vārdnīca. Rīga : Avots, 2004. 190. lpp.

Zaman keçdikcə Laumanın obrazı tədricən pisləşmişdir. Hörmətsiz ər-arvadlar onu körpə oğurluğunda günahlandırmışlar (çünki Lauma özü uşaq sahibi ola bilmirdi). Beləcə, onun gözəlliyi və mehribanlığı yox olmuş, o, pis niyyətli qoca qarıya çevrilmişdir. Öz taleyinə ağlayan Lauma bir gün əvvəlki gözəl halına qayıtmağı ümid edir.

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Qadın mifoloji varlıqlar