thumb|ABŞ-ın böyük şəhərlərində kanalizasiya timsahları haqqında şəhər əfsanəsi yayılmışdır Şəhər əfsanəsi (Amer. ), bəzən sadəcə əfsanə, şəhər mifi (Brit. ) və ya müasir əfsanə () — həqiqət kimi paylaşıla bilən, lakin doğru olmaya, qeyri-adi, qorxulu və gülməli əhvəlatları əhatə edən folklor janrı.https://www.merriam-webster.com/dictionary/urban%20legend Şəhər folkorunun hissəsi olaraq, şəhər əfsanələri ya şifahi şəkildə və ya internet vasitəsilə yayılır.СмирноваЕ. В. Устойчивые мотивы сюжета "геопатогенная зона" в городской легенде. Вестник ЧелГУ № 21(202) 2010, Филология, Искусствоведение. Вып.45. Стр.114–119.

Bəzən şəhər əfsanələri misinformasiya yayma vasitəsinə çevrilə bilər. Mənəvi panika kontekstində yayılan şəhər əfsanələri insanları və ya qrupları aqressiyaya sövq edə bilər. Beləliklə, onun təhlükəli tərəfi də mövcuddur. Məsələn, 2004-cü ildə ABŞ folklorşünası Dayan Qoldsteyn İİV yoluxdurulmuş iynələr haqqında əfsanələri araşdırmış və bu əfsanələrin peşakarların dediklərinə əks olan məlumatlar yaydığını aşkar etmişdir. Müasir tibbə görə, İİV yoluxması cinsi yolu ilə baş verə bilər (o cümlədən müntəzəm cinsi partnyordan). Halbuki bu əfsanələrdə yoluxma anonim yad şəxs tərəfindən törədilirdi və cinsi əlaqə olmadan baş verirdi.

Terminologiya Şəhər əfsanəsi anlayışının ən erkən istifadə nümunəsi 1968-ci ilə aiddir. O zaman, onu ABŞ folklorşünası Riçard Doson işlətmişdi.Oxford English Dictionary, 2d ed. 1989, entry for "urban legend", citing R. M. Dorson in T. P. Coffin, Our Living Traditions, xiv. 166 (1968). See also William B. Edgerton, "The Ghost in Search of Help for a Dying Man", Journal of the Folklore Institute, Vol. 5, No. 1. pp. 31, 38, 41 (1968). İngilis dilinin professoru Yan Harold Brunvand 1981-ci ilində çap etdirdiyi kitab seriyasında bu anlayışı işlədərək, onu populyarlaşdırmışdı.

Kanadalı folklorşünas Pol Smit izah edir ki, müasir əfsanələr məhz şəhərdə baş veriyi üçün şəhər əfsanəsi adlanır və onun bu termin daha çox istifadə olunur.

Bəzi araşdırmaçılar müasir əfsanə anlayışını üstün tuturlar, çünki bu əhvalatlar müasir zamanlarda (indiki zaman, yaxın keçmiş və ya yaxın gələcək) baş verən olayları əhatə edir və onlarda müasir həyataxüsusiyyətlər qeyd olunur.

Quruluşu Bir çox şəhər əfsanəsinin süjeti və personajları olan təmsili olur. Bu əfsanələrdə sirr, qorxu və ya yumor elementləri yer ala bilər. Çox zaman, şəhər əfsanəsi əxlaqi nağıl kimi işləyə bilər.

Şəhər əfsanəsinin rəvayətçisi iddia edə bilər ki, sözügedən əhvəlat onun dostu (və ya dostunun dostu) ilə baş vermişdir. Hekayəni şəxsiləşdirərək və ona inandıraraq, onun təsir gücünü artırırlar.Brunvand, p. 423

İstinadlar

Kateqoriya:Marginal nəzəriyyələr Kateqoriya:2010-cu illərdə tendensiyalar və trendlər Kateqoriya:2020-ci illərdə tendensiyalar və trendlər Kateqoriya:Narratologiya Kateqoriya:Qorxu