Stella Braun (; ) — britaniyalı feminist, sosialist və doğum nəzarəti müdafiəçisi. O, qadınların öz bədənləri üzərində hüquqlarını müdafiə edən əsas fiqurlardan biri olmuşdur. Onun əsas fəaliyyəti qadınların doğum nəzarəti və abort hüquqları uğrunda mübarizəsi ilə bağlı idi.
Həyatı və təhsili Stella 1880-ci ildə Halifaksda anadan olmuşdur. Atası dənizçi idi və onun ölümündən sonra ailəsi maddi çətinliklə üzləşmişdi. O, əvvəlcə Almaniyada təhsil almış, daha sonra İngiltərədə Müqəddəs Feliks Qızlar Məktəbində və Somervill Kollecində oxuyaraq müasir tarix üzrə təhsil almışdır.
Fəaliyyəti Stella Braun qadınların cinsi azadlığı və bədənləri üzərində tam hüquqa malik olması fikrini müdafiə edirdi. O, cəmiyyətin qadınların seksual həyatını məhdudlaşdırmasını tənqid edir, qadınların istədikləri zaman ana olmaq və ya olmamaq hüququna sahib olmalarını müdafiə edirdi.
1911-ci ildə özünü sosialist və radikal feminist elan edən Braun, əsasən doğum nəzarəti və abortun qanuniləşdirilməsi üçün mübarizə aparırdı. O, müxtəlif qəzet və jurnallarda, o cümlədən The Call, The Malthusian, The Freewoman kimi nəşrlərdə yazılar yazaraq, qadınların reproduktiv hüquqlarını gündəmə gətirirdi. Braun həmçinin, 1930-cu illərdə Abort Qanununun İslahatı Assosiasiyasında aktiv fəaliyyət göstərmiş və abortun cinayət hesab edilməsinin qadınların hüquqlarına qarşı bir maneə olduğunu vurğulamışdır. O, açıq şəkildə abortun qanuniləşdirilməsini müdafiə edən ilk qadınlardan biri idi və bu mövzu ətrafında ictimai müzakirələrin aparılmasına böyük töhfə vermişdir.
İrsi Stella Braun, qadınların doğum nəzarəti və abort hüquqlarının leqallaşmasına mühüm töhfə vermişdir. Onun fəaliyyətləri nəticəsində qadınların bu sahədə maariflənməsi artmış və abort qanunvericiliyində islahatlar baş vermişdir. O, ölümündən sonra da feminist hərəkatın ilham mənbəyi olaraq qalmağa davam etmişdir.
İstinadlar
Xarici keçidlər
Lesley Hall, Stella Browne Stella Browne: Biography at Spartacus Educational
Kateqoriya:Feministlər