Əş-Şəbi () və ya Əbu Əmr Amir ibn Şurahil əl-Həmədani əl-Kufi () — Tabiun nəslinə mənsub mühəddis.
Bioqrafiyası Xəlifə Ömərin xilafəti illərində — 640-ci ildə Kufədə anadan olmuşdur. Əslən yəmənli olan Himyəri sülaləsinə mənsubdur.
Əli, Aişə, İmran ibn Husayn, Əbu Hüreyrə, İbn Abbas, Abdullah ibn Ömər, Muğirə ibn Şöbə və başqa səhabələrdən dərs almışdır.
O, İsmayıl ibn Xalid əl-Əşəs, Davud ibn Əbu Hind, Zəkəriyya ibn Əbu Zaidə, əl-Əməş, Əbu Hənifə, İbn Əvn, Yunus ibn Əbu İshaq kimi görkəmli alimlərin müəllimi olmuşdur.
Əbu Hənifənin elmə yönəlməsində xüsusi rolu olmuş, onun ən mühüm müəllimlərindən biridir.
Beş yüzə yaxın səhabə ilə görüşmüşdür. Hələ səhabələrin dövründə onun Kufədə böyük bir elm məclisi var idi. Demək olar ki, bütün islam ölkələrinin elm mərkəzlərində olmuşdur. Asim əl-Əhvəl onun haqqında belə demişdir:
O, Əməvilərə qarşı üsyan qaldırmış İbni-Əşası dəstəkləmiş alimlərdəndir, lakin İbni-Əşas Əməvilərə məğlub olduqdan sonra pis vəziyyətdə qalmışdır. Doqquz ay gizlənmək məcburiyyətində qalan əş-Şəbi, Həccac tərəfindən həbs edilmişdir. Həbs edilən əş-Şəbi, Həccacın onun üslubuna və elminə valeh olması səbəbi ilə azadlığa buraxılmışdır.
Münəqqid, müttəqi və çox güclü bir yaddaşa malik olan əş-Şəbi, 744-cü ildə Kufədə vəfat etmişdir.
İstinadlar Kateqoriya:Tabiinlər
Kateqoriya:Sünni imamları Kateqoriya:Sünni müsəlman İslam alimləri Kateqoriya:Hədis alimləri Kateqoriya:Hədis alimləri Kateqoriya:Ərəb tarixçilər Kateqoriya:Müftilər Kateqoriya:Ərəb müsəlmanları Kateqoriya:Raşidi xilafətindən olanlar Kateqoriya:Ravilər Kateqoriya:VII əsr tarixçiləri Kateqoriya:VIII əsr tarixçiləri