Levon Qrant oğlu Məlik-Şahnazaryan ( ) – erməni politoloqu, "Voskanapat" analitik mərkəzinin rəhbəri, şovinist və erməni milliyətçisi.
Bioqrafiya 1974-cü ildə Daşkənddəki Rus Dili və Ədəbiyyatı İnstitutuna daxil olmuş, oranı bitirdikdən sonra Daşkənd Dövlət Pedaqoji İnstitutunun rus dilçiliyi kafedrasında müəllim işləmişdir .
1988-ci ildə Dağlıq Qarabağa köçmüş və burada Azərbaycanın digər regionlarından bura gəlmiş ermənilərə qaçqın adı altında daşnakların maliyyə dəstəyini çatdırmış cə qaşqınlar üzrə rayon icraiyyə komitəsinin şöbə müdiri vəzifəsində çalışmışdır. Miatsum hərəkatının sədr müavini idi. 1988-ci ilin noyabr-dekabr aylarında Gəncə şəhərində ermənilərin özünümüdafiə dəstələrinin rəhbərlərindən biri olmuşdur . 1991-ci ilin dekabrında qondarma Dağlıq Qarabağ Respublikası Ali Sovetinin birinci çağırış deputatı seçilib. 1992-ci ilin yanvarından 1995-ci ilin iyununadək o, qondarma DQR ali Sovetinin xarici əlaqələr daimi komissiyasının sədri, həmçinin qondarma DQR alii soveti rəyasət heyətinin üzvü olub. 1995–1997-ci illərdə Levon Melik-Şahnazaryan "DQ Respublika" qəzetinin rus versiyasının redaktoru işləyib. 1997-ci ilin sonunda İrəvana köçdü və ömrünün son illərini burada yaşadı.
O, Yerevan Anania Şirakatsi Beynəlxalq Münasibətlər Universitetinin Siyasi Elmlər kafedrasının müəllimi olub. Onun siyasi elmlər mövzusunda 500-dən çox nəşri var. Evli idi. Üç övladı var idi.
O, 2015-ci il avqustun 11-də ağır və uzun sürən xəstəlikdən sonra vəfat edib.
İstinadlar
Kateqoriya:Ermənistan qəzet redaktorları Kateqoriya:Ermənistan redaktorları