Qara başlı iridimdik (Pheucticus melanocephalus) — "Kardinallar" fəsiləsinə aid olan orta ölçülü, toxum yeyən bir quş növü. Bəzən bu növ, Amerikanın Böyük Düzənliklərində hibridləşdiyi çəhrayıdöş iridimdik (P. ludovicianus) ilə eyni növ kimi qəbul edilir. Bu növün dişi fərdləri, çəhrayıdöş iridimdiyin dişilərinə bənzəyir və əsasən coğrafi yayılma sahəsinə görə fərqlənir.

Açıqlama

Ölçülər

Uzunluq: 18–19 sm

Çəki: 34–48 q

Qanad aralığı: 32 sm

Qara başlı iridimdik adi sığırçın ölçüsünə bənzəyir. Adından da göründüyü kimi, erkək fərdin başı qara, qanadları və quyruğu qara olub, ağ ləkələrlə nəzərə çarpır. Döşü tünd narıncı, qarnı isə sarı rəngdədir. Dişi fərdin başı, boynu və beli qəhvəyi rəngdə olub, sərçəyə bənzər qara zolaqlara malikdir. Başının ortasında, gözləri üzərində və yanaqlarında ağ zolaqlar var. Döşü ağ, qanadları və quyruğu boz-qəhvəyi rəngdə olub, iki ağ qanad zolağı və sarımtıl qanad kənarlarına malikdir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:1827-ci ildə təsvir edilən quşlar Kateqoriya:Qərbi ABŞ quşları Kateqoriya:Meksika quşları Kateqoriya:25–29 ID olan Taksonbar