RSFSR–İran dostluq müqaviləsi (; ) — RSFSR və İran arasında 26 fevral 1921-ci ildə Moskvada bağlanmış ikitərəfli müqavilə.
Müqavilənin hazırlanması Fyodor Rotşteyn tərəfindən həyata keçirilmişdir. Müqavilənin şərtlərinə əsasən, tərəflər arasında əvvəllər əldə edilmiş bütün razılaşmalar ləğv edilib. Bundan əlavə, Sovet Rusiyası ilə İran arasında Xəzər dənizində gəmiçilik üçün tam və bərabər hüquqlar haqqında razılaşmalar əldə edildi. 26 fevral 1922-ci ildə Tehranda təsdiq edilmişdir. 7 iyun 1922-ci ildə Millətlər Liqasında qeydiyyatdan keçmişdir. 1941-ci ildə Sovet İttifaqı tərəfindən Şimali İrana qoşun yeridilməsi üçün əsas kimi xidmət etmişdir.Густерин П. В. Советская дипломатия на мусульманском Востоке в 1917–1921 годах. — Саарбрюккен, 2014. — ISBN 978-3-659-17980-8.
İstinadlar
Kateqoriya:1920-ci illərin beynəlxalq müqavilələri Kateqoriya:26 fevraldakı hadisələr Kateqoriya:İran–Rusiya münasibətləri Kateqoriya:1921-ci ilin beynəlxalq müqavilələri