Məsih mirzə () — Ağqoyunlu sultanı Uzun Həsənin oğlu, Ağqoyunlu şahzadəsi.Həsən Bəy Rumlu. (2017). Əhsənüt-təvarix (Tarixlərin ən yaxşısı). (Çev. Oqtay Əfəndiyev-Namiq Musalı)

Həyatı 1469-cu ildə dünyaya gəldi.Hinz, W. (1992). Uzun Hasan ve Şeyh Cüneyd. (Çev. Tevfik Bıyıklıoğlu). Ankara: Türk Tarih Kurumu Basımevi Atası Ağqoyunlu sultanı Uzun Həsən, anası isə Trabzon imperatoru IV İohann Komnenosun qızı Teodoradır. Yerli bəylərdən Sufi Xəlil Bektaşi onun lələsidir.Muhy-i Gülşenî. (2014). Menâkıb-ı İbrahim-i Gülşenî. İstanbul: Yazma Eserler Kurumu Başkanlığı Yayınları Atasının ölümü ndən sonra taxta çıxan ögey qardaşları Sultan Xəlil və Sultan Yaqubun qısa səltənətlərindəki fəaliyyəti barədə məlumat yoxdur. Haqqında ilk dəfə Sultan Yaqubun müəmmalı ölümündən sonra danışılır. Belə ki, rəvayətə görə, Səlcuqşah bəyim ərinin digər xanımından doğulan oğlu Məsih mirzəni zəhərləmək istəmiş, ancaq hazırlanan zəhərli şərbəti öz oğulları Yusif mirzə və Sultan Yaqub içmişdir. Bu hadisənin ardından özü də bu şərbətdən içərək intihar etmişdir.Hoca Sâdeddin Efendi, Tacü’t-Tevârih C.3, (Çeviren: İsmet Parmaksızoğlu), İstanbul 1979, s.131

Qardaşı Sultan Yaqubun ölümündən sonra lələsi Sufi Xəlil Bektaşi xəyanət edərək mərhum sultanın azyaşlı oğlu Baysunqur mirzəni taxta çıxardı. Buna etiraz edən bəzi tayfalar Məsih mirzəni taxta çıxarmaq üçün üsyana başladı. Ancaq 1491-ci ildə Sultanabad yaxınlığında baş tutan toqquşmada Bayundur əmirləri məğlub edildi və Məsih mirzə, vaxtilə lələsi olan Sufi Xəlil Bektaşi tərəfindən öldürüldü.Ayşe Atıcı Arayancan, “Akkoyunlu Yönetiminde Aşiret Kavgası: Musullular ve Sufi Halil Bey Örneği Üzerinden Tarihi Sürecin İncelenmesi”, AVRASYA Uluslararası Araştırmalar Dergisi, C.6, S.13, Mayıs 2018, s.6-7

Mənbə

Ədəbiyyat

Karakoyunlu ve Akkoyunlu Devletlerinde Hanedan Üyelerinin katli, Eda Geyik. Yüksek Lisans Tezi. TC Kastamonu Üniversitesi. Kastamonu-2021

İstinadlar