– Yaponiya fotoqrafı. Yaponiya fotoqrafiyasının qabaqcıllarından biridir. Onun həyat yoldaşı Şima Ryu da fotoqrafiya ilə məşğul olmuşdur.

İlk illəri Şima Kakoku 1827-ci ildə indiki Toçiqi prefekturasının ərazisində doğulmuşdur. Rəssam olan atasının təsiri ilə 1847-ci ildə Edo şəhərində yerləşən incəsənət məktəbinə daxil olmuşdur. 1855-ci ildə məktəb yoldaşı və rəssam Ryu ilə evlənmişdir. Onlar Kanto regionu boyunca gəzərək hazırladıqları işləri sərgiləmişdirlər. Onun bəzi illüstrasiyaları kitablarda nəşr olunmuşdur.

Fotoqrafiya Şima və həyat yoldaşının fotoqrafiyanı nə vaxt öyrəndiyi məlum deyil. O, meyxanada tanış olduğu bir əcnəbidən fotoqrafiyanı öyrənmişdir. Ryu onun köməkçisi olmuş, bir çox fotosu üçün modellik etmişdir. Ryu özü də fotoqrafiyanı öyrənmişdir. 1864-cü ilin yazında Ryu yaş plitə fotoqrafiyası ilə Kakokunun fotoportretini çəkmişdir. Bu, yapon qadın tərəfindən çəkilmiş ən köhnə foto hesab olunur. Cütlük 1865–1867-ci illərdə Edo şəhərində öz fotostudiyasını idarə etmişdir.

Şima 1867-ci ildə şoqunluğun Edo şəhərində yerləşən məktəbi Kayseycoya daxil olmuş və Qərb elmlərini öyrənmişdir. Burada Qərb litorafiyası və yağlı boya rəssamlığı ilə tanış olmuşdur. O, Kayseyconun məlum olan yeganə fotolarını çəkmişdir. 1867-ci ildə şoqunun qohumu Tokuqava Moçiharunun və holland kimyaçı Koenraad Volter Qratamanın fotosunu çəkmişdir. 1868-ci ildə Dayqaku Toko tibb məktəbinə daxil olmuşdur. Burada tibbi diaqramlar çəkmiş, tibb və kimya dərsliklərinin nəşr olunması üçün qurşuğunlu mətbəə növünü ixtira etmişdir. 1870-ci ildə əlində balqabaq tutduğu və güldüyü fotoportretini hazırlamışdır. Şima 1870-ci ildə öldükdən sonra arvadı doğulduğu yerə – Qunma prefekturasının Kiryu qəsəbəsinə qayıtmış və burada fotostudiya açmışdır.

Xatirəsi 1874-cü ildə Tokionun Asakusa bölgəsində Şimanın xatirəsinə abidə qoyulmuşdur.

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Yaponiya fotoqrafları Kateqoriya:Edo dövrü şəxsləri Kateqoriya:Yaponiya rəssamları Kateqoriya:Fotoqrafiyanın qabaqcılları