Nəsir Natiq oğlu Məmmədov () — diplomat, Azərbaycan Respublikasının İraq Respublikasındakı sabiq fövqəladə və səlahiyyətli səfiri.
Həyatı Nəsir Məmmədov 1985-ci ilin 30 iyulunda Bakıda anadan olub. 2001-2006-cı illərdə Qərb Universitetində Beynəlxalq hüquq üzrə bakalavr təhsili alıb. 2008-2010-cu illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetində Enerji siyasəti və diplomatiya üzrə magistr dərəcəsi əldə edib. 2011-2012-ci illərdə isə, Roma La Sapienza Universitetində Siyasi elmlər, geosiyasət və qlobal təhlükəsizlik üzrə magistr təhsili alıb. 2016-cı ildən hüquq elmləri üzrə fəlsəfə doktorudur. 2008-2011-ci illərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyidə attaşe kimi fəaliyyət göstərib. 2011-2015-ci illərdə Azərbaycan Respublikasının İtaliya Respublikasındakı Səfirliyində attaşe, üçüncü katib, ikinci katib kimi vəziflələri tutub. 2015-2019-cu illərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində ikinci katib, birinci katib, şöbə müdiri vəzifələrində çalışıb. 2019-2023-cü illərdə Azərbaycan Respublikasının İraq Respublikasındakı Səfirliyində müşavir, müvəqqəti işlər vəkili vəzifəsini tutub. 2023-cü ilin 29 avqustunda Azərbaycan Respublikasının İraq Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Şəxsi həyatı Ailəlidir.
Dövlət xadimi, tanınmış həkim Natiq Məmmədovun oğludur.
Azərbaycanda nəzəri dilçiliyin yaradıcılarından olan Nəsir Məmmədovun nəvəsidir.
Mükafatlar "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919–2019)" yubiley medalı (2019)
İstinadlar
Xarici keçidlər Rəsmi X hesabı Facebook səhifəsi Instagram profili
Kateqoriya:Azərbaycan diplomatları Kateqoriya:Azərbaycanın İraqdakı səfirləri Kateqoriya:Roma Sapientsa Universitetinin məzunları Kateqoriya:Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunları