Akvarium () — Andrea Arnoldun rejissorluğu ilə 2009-cu ildə ekranla çıxan dram janrındakı Britaniya filmi. 2009-cu ildə Kann kinofestivalında "Jüri mükafatı"nı və eyni zamanda 2010-cu ildə isə "Ən yaxşı Britaniya filmi" kateqoriyası üzrə "BAFTA"nı qazanıb. "Akvarium", "BBC"nin tərtib etdiyi "XXI əsrin ən yaxşı 100 filmi" siyahısında 65-ci yerdə qərarlaşır.
Təsvir Yeniyetmə Mia — on beş yaşlı, təbiətən coşğun və ehtiraslı, daim başı bəlalarda olan, təhsil aldığı məktəbdən uzaqlaşdırılmış və həmyaşıdları tərəfindən kənar edilmiş bir qızdır. Bürküdən nəfəs almağın belə çətinləşdiyi yay günlərinin birində anası evə əsrarəngiz bir qərib gətirir — Konnor adlı bu naməlum şəxs onların solğun həyatına yeni rənglər qatacağına, ailələrinə məhəbbət və səadət bəxş edəcəyinə söz verir. Bu vədlərin arxasında gizlənən həqiqətlər isə hələ özünü büruzə verməmişdir…
Rollarda Katie Jarvis Kierston Wareing Maykl Fassbender
İstinadlar
Xarici keçidlər
Kateqoriya:2009-cu ilin filmləri Kateqoriya:2009-cu ilin müstəqil filmləri Kateqoriya:Müstəqil Britaniya filmləri Kateqoriya:London haqqında filmlər Kateqoriya:Disfunksional ailələr haqqında filmlər Kateqoriya:İngiliscə müstəqil filmlər Kateqoriya:BAFTA qalibləri (filmlər) Kateqoriya:2009-cu ilin dram filmləri Kateqoriya:Gənclik filmləri Kateqoriya:Birləşmiş Krallığın dram filmləri Kateqoriya:Aldatma haqqında filmlər Kateqoriya:Dramlar