Kolatağ — Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunun Ağdərə rayonunun Kolatağ kənd inzibati ərazi dairəsində kənd, Kolatağ kənd inzibati ərazi dairəsinin mərkəzi.
Toponimikası Kəndin adının əsli Kolatəkdir. Oykonim kol (meşəlik, xırda meşə) və ətək komponentlərindən düzəlib, "meşə ətəyi" mənasını daşıyır. Yaşayış məntəqəsi meşə ətəyində salındığına görə belə adlandırılmışdı. Bəzi tədqiqatçıların fikrinə görə, toponim əslində Gulyataq olub, "güllü, çiçəkli yataq" mənasını daşıyır.
Coğrafiyası və iqlimi Kənd Qarabağ silsiləsinin yamacında yerləşir.
Tarixi Azərbaycan SSR-nın 1977-ci il üçün inzibati-ərazi bölgüsünə görə, Kolatağ kəndi Dağlıq Qarabağ Muxtar Vilayətində Mardakert rayonunun Kolatağ kənd Sovetinin mərkəzi idi.
Muxtar vilayətində separatçı hərəkətləri başlayandan sonra, Azərbaycan Respublikasının 26 noyabr 1991-ci il tarixli Qanunu ilə Dağlıq Qarabağ Muxtar Vilayətinin ləğv edilməsi qərara alınmışdı. Həmin Qanunla Mardakert rayonunun Ağdərə rayonu adlandırılması, Mardakert şəhərinin Ağdərə şəhəri adlandırılması da qərara alınmışdı. Lakin, Azərbaycan Respublikası Milli Məclisinin 25 avqust 1992-ci il tarixli Qərarı ilə Ağdərə rayonunun bəzi yaşayış məntəqələrinin Tərtər rayonunun tərkibinə verilməsi qərara alınmış, 13 oktyabr 1992-ci il tarixli 327 saylı Qərarı ilə isə Ağdərə rayonunun ümumiyyətlə ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürülməsi qərara alınmışdı. Kolatağ kəndi də Kəlbəcər rayonuna birləşdirilən kəndlərdən biri idi.
1993-cü ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Kolatağ kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir.
19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qaytarılmışdır.
27 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının 5 dekabr 2023-cü il tarixli Qanununu təsdiq etmişdi, bununla Ağdərə rayonunun yenidən yaradılması, Vəngli kəndinin də Ağdərə rayonunun tərkibinə daxil edilməsi qərara alınmışdı.
Əhalisi 15 avqust 2025-ci ildə kəndə 26 ailədən aibarət 89 nəfər köçürülmüşdü.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Ağdərə rayonunun kəndləri