Ziko adıyla tanınan Artur Antunes Koimbra () — Braziliyalı keçmiş futbolçu. Peledən sonra Braziliyanın yetişdirdiyi ən yaxşı oyunçu sayılır. Futbol tarixinin ən gözəl yarımmüdafiəçilərindən biri olan Ziko, 80-cı illərin ən yaxşı oyunçusu hesab olunur.
1978, 1982 və 1986-cı illərdə keçirilən futbol üzrə dünya çempionatlarının final oyunlarında Braziliya yığma komandasının heyətində çıxış edib. 88 dəfə Braziliya forması geyən Ziko 66 qola imza atıb, 1983-cü ildə "İlin futbolçusu" seçilib. 1982-ci ildə keçirilən futbol üzrə dünya çempionatında Braziliya komandasının heyətində bombardir olub.
Məşqçilik karyerasına əvvəllər oynadığı Kashima Antlers komandasında texniki menecer və koordinator (1995, 1996-2002) olaraq başlayan Ziko 1998-ci ildə keçirilən futbol üzrə dünya çempionatında Braziliya yığma komandasına məşqçilik edib. 2006-cı ildə Braziliya yığmasının təşkilat komitəsinin rəhbəri (2000), 2002–2006-cı illərdə isə Yaponiya yığmasının məşqçisi olub.
Futbol oynadığı dövrdə "Ağ Pele" ləqəbi alan Ziko, 2006-cı il iyul ayının 4-də Türkiyə klubu Fənərbaxçanın məşqçisi postuna gətirilib.
İştirak statistikası
Oyunçu karyerası Komanda Oyun Qol Pre-Olimpik Milli Komandası 8 1 Braziliya Milli Komandası 88 66 Flamenqo: Gənclər komandası 53 44 Flamenqo: 18 yaşdan aşağı komandası 63 37 Flamengo: Əsas komanda 731 508 Udineze 79 56 Sumitomo 31 27
İstinadlar
Kateqoriya:Braziliya futbolçuları Kateqoriya:1953-cü ildə doğulanlar Kateqoriya:Braziliya milli futbol komandasının oyunçuları Kateqoriya:Yaponiyada legioner futbolçular Kateqoriya:FİFA 100 Kateqoriya:Legioner Braziliya futbolçuları Kateqoriya:Braziliya futbol məşqçiləri Kateqoriya:1982 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:1978 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:1986 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:Braziliya Seriya A futbolçuları Kateqoriya:İtaliya A Seriyası futbolçuları Kateqoriya:Udineze FK futbolçuları Kateqoriya:İtaliyada legioner futbolçular Kateqoriya:J1 Liqa futbolçuları Kateqoriya:MOİK Moskva FK məşqçiləri Kateqoriya:Rusiya Premyer Liqası məşqçiləri Kateqoriya:Türkiyə Super Liqası baş məşqçiləri Kateqoriya:Yunanıstan Super Liqası məşqçiləri Kateqoriya:Yaponiya milli futbol komandasının məşqçiləri Kateqoriya:Yaponiyada legioner futbol məşqçiləri Kateqoriya:Braziliyanın kişi futbolçuları Kateqoriya:Flamenqo FK futbolçuları Kateqoriya:2006 FİFA Dünya Kuboku məşqçiləri Kateqoriya:Türkiyədə legioner Braziliya idmançıları Kateqoriya:Braziliya Olimpiya milli futbol komandasının oyunçuları Kateqoriya:2006 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:Futbol hücumçuları Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri