Fərid Əlibaba oğlu Əliyev () — Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi-Texniki Təchizat Baş İdarəsi rəisinin müavini — Hərbi-Texniki Satınalmalar İdarəsinin rəisi, baş idarə rəisinin səlahiyyətlərini müvəqqəti icra edən (2023-cü ildən), general-mayor.
Həyatı Fərid Əlibaba oğlu Əliyev 1987-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2008-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsini, 2015-ci ildə isə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir.
Əmək fəaliyyətinə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin Gömrük vergi və yığımları şöbəsinin inspektoru vəzifəsində başlamış və komitənin Gömrük Risklərinin İdarəolunması və Audit Baş İdarəsinin rəisi vəzifəsinə qədər yüksəlmişdir. 2023-cü ilin yanvar ayında gömrük xidməti polkovniki rütbəsində vəzifəsindən ayrılmış və Müdafiə Nazirliyində maliyyə və audit üzrə yüksək vəzifəyə təyin edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 11 avqust 2023-cü il tarixli Sərəncamı ilə Fərid Əliyev Müdafiə Nazirliyinin Hərbi-Texniki Təchizat Baş İdarəsi rəisinin müavini — Hərbi-Texniki Satınalmalar İdarəsinin rəisi təyin edilmiş və o, baş idarəsi rəisinin səlahiyyətlərini icra etməyə başlamışdır. İki ay sonra, 7 noyabr 2023-cü ildə ona general-mayor ali hərbi rütbəsi verilmişdir.
Fərid Əliyev Sabunçu Rayon İcra Hakimiyətinin keçmiş başçısı Əlibaba Əliyevin oğludur.
İstinadlar
Xarici keçidlər