Daşlı Çalğan — Azərbaycan Respublikasının Siyəzən rayonunun Məşrif kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Siyəzən rayonunun Yenikənd kənd Sovetinin Daşlı Çalğan kəndi Məşrif kənd Sovetinin tərkibinə verilmişdir.

Toponimikası Oykonim daşlı və Çalğan (etnotoponim) komponentlərindən düzəlib, "daşlıq ərazidə olan Çalğan kəndi" mənasındadır. Oykonimin birinci komponenti kəndi rayonun ərazisində olan Orta Çalğan kəndindən fərqləndirməyə xidmət etməklə yanaşı, kəndin ərazisini relyef cəhətdən təyin edir.

Coğrafiyası və iqlimi Kənd Baş Qafqaz silsiləsinin ətəyində yerləşir.

Əhalisi Əhalisinin sayı 170 nəfərdir.Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Siyəzən rayonunun kəndləri