Əmək Qəhrəmanı — Şimali Koreyanın fəxri adı və mükafatı.
Xüsusiyyətləri Əmək Qəhrəmanı Şimali Koreyanın ən yüksək fəxri adıdır. Əgər kimsə iki dəfə bu mükafata layiq görülürsə, o, "İkiqat Əmək Qəhrəmanı" hesab olunur. (2중 로력영웅).
Tarix Əmək Qəhrəmanı, 1950-ci ilin yayında təsis edilməli idi, lakin Koreya müharibəsinin başlanması planları dayandırdı. Yalnız müharibə 38-ci şimal paraleli boyunca dalana dirənəndə hökumətin diqqətini mükafatlandırma sisteminə cəmləməyə vaxtı olmuşdur. Əmək Qəhrəmanı 1951-ci il iyulun 17-də elan edilmiş və ölkənin ən yüksək mülki mükafatı olmuşdur. Bu titul onun sovet ekvivalentinə, Sosialist Əməyi Qəhrəmanına əsaslanır. Əvvəlcə Koreyanın Choson (조선 sözündən istifadə edərək Koreyanın Əmək Qəhrəmanı kimi elan edildi). Həmçinin çox uşaq dünyaya gətirən analara verilir.
Həmçinin bax Şimali Koreya Sosialist Əməyi Qəhrəmanı
İstinadlar
Kateqoriya:Şimali Koreya mükafatları