Qarabağda azərbaycanlıların etnik təmizləməsi — Birinci Qarabağ müharibəsində erməni separatçıları tərəfindən Dağlıq Qarabağda və əvvəl Ermənistan işğalı olan rayonlarda yaşayan Azərbaycan türklərə, Azərbaycan kürdlərə və Axısqa türklərə qarşı törədilmiş olan etnik təmizlik.

Birinci Qarabağ müharibəsindən əvvəl Dağlıq Qarabağda ən böyük etnik qrup ermənilər idi, ama, Şuşada və ya Xocalıda azərbaycanlıların çoxluq təşkil etdiyi bir neçə ərazilər var idi. Müharibədə erməni separatçılarErmənistanın köməyi ilə, Dağlıq Qarabağı və ətrafında yerləşən 7 rayonları “təhlükəsizlik kəməri” bəhanəsi ilə işğal etmiblər. O rayonlardan Azərbaycanlılar qaçarkən erməni qüvvələri onları meşələn “ovladırdılar” və qaçqınlar mühüm zəruri əşyaları özləri ilə aparmağa vaxt tapmayıb. Evlərini tərk etməyə məcbur olan bütün azərbaycanlılar, axısqa türklər və kürdlər vəhşicəsinə həmin rayonlardan çıxarılıblar."Azerbaijan: Seven Years of Conflict in Nagorno-Karabakh": https://www.hrw.org/sites/default/files/reports/AZER%20Conflict%20in%20N-K%20Dec94.pdf

Azərbaycanlılara və axısqalılara qarşı olan ən böyük soyqırım 1992-ci fevral ayında, müharibənin başlanğıcında Xocalıda baş verib. 613 nəfər erməni separatçıların əllərində ölüblər.

Ümumilikdə 16.000-dən 30.000-ə qədər azərbaycanlı, axısqa türkü və kürd öldürülüb, 724.000 ilə bir milyondan çox insan isə qovulub qaçqın düşüb.

Tarixi

Dağlıq Qarabağda ilk qırğınlar 1988-ci ildə, ermənilər Dağlıq Qarabağ üzərində hakimiyyətin Azərbaycan SSR-dən Ermənistan SSR-iyə tam dəyişdirilməsini tələb etdikdən sonra başlamışdılar. 1988-ci ilin sentyabr ayında ermənilər və azərbaycanlılar bir-birinə qarşı qırğın başlamış nəticədə Xankəndidən 3.100-dən çox azərbaycanlı və Şuşadan 1.409 erməni qovulub.

1991-ci ildə həm Ermənistan, həm də Azərbaycan SSRİ-nin dağılmasına az qalmış müstəqilliklərini elan ediblər. Həmin il ikisidə Dağlıq Qarabağa iddiaları irəli sürüb və dekabr ayında ermənilər Qarabağ azərbaycanlılarının boykot etdiyi “qanunsuz referendum” keçirərək Ermənistan Respublikasına birləşmək istiyiblər. Gələn il Birinci Qarabağ müharibəsi başlıyıb.

Birinci Dağlıq Qarabağ müharibəsi və etnik təmizləmə left|thumb|318x318px|Kəlbəcər qaçqınları Birinci müharibədə erməni separatçılar Dağlıq Qarabağı və onun ətrafındakı 7 rayonu “təhlükəsizlik kəməri” bəhanəsi ilə işğal altına alıblar, nəticədə ərazidə olan azərbaycanlılar qovulublar və onlarla müharibə cinayət törədilib.

Kəlbəcər

Kəlbəcər rayonunun əhalisindä müharibədən əvvəl əsasən azərbaycanlılar və kürdlər yaşayıb. 1993-cü ildə, Kəlbəcərin işğalından sonra, 60.000 azərbaycanlı və kürd erməni separatçıların tərəfindən zorla qovulub, onlardan 80 nəfəri girov götürülüb. Amma Kəlbəcərdə dinc azərbaycanlılara qarşı ən məhşur qətliamlardan biri də Ağdabanda baş verib, erməni separatçılar Monte MelkonyanınMelkonian. əmriynən kəndə hücum edərək nəticədə orda yaşayan 67-779 arasında şəxsləri öldürüb Kəlbəcərdə baş verən başqa bir qətliam Başlıbeldə olub, ermənilöər 14 nəfəri girov götürərkən 27 nəfəri öldürüblər.

alt=Displaced Azerbaijani woman|thumb|353x353px| Qaçqın azərbaycanlı qadın

Laçın

Laçın rayonunda əsasən azərbaycanlılar və Kəlbəcərdəki kimi kürdlər yaşayıb və təxminən 47.100 kürd və azərbaycanlı bu ərazidən qovulub.https://web.archive.org/web/20220327170734/https://virtualaz.org/aktual/153464 Erməni tərəfindən zəbt edilərək Zabux kəndin qətliam zamanda naməlum sayda insan ölüb.

Qubadlı

Qubadlı rayonunda əsasən azərbaycanlılar yaşayıb. Qubadlıda azərbaycanlılara qarşı xüsusi sənədləşdirilmiş qırğınlar olmuyub, ama 28.000 azərbaycanlı qovulub.

Xocavənd

Digər rayonlardan kimi yox, Xocavənd rayonunda azərbaycanlılar çox olub ama bu rayonun ərazisində əsasən ermənilər yaşayıb. Yenə də bütün mühraibənin ən dəhşətli qətliamlarından biri Xocavənd rayonunun Qaradağlı kəndində baş verib. 1992-ci fevral ayında Monte Melkonyanın əmriylə erməni separatçıları şəhəri işğal etdikdən sonra 53 nəfəri girov götürüblər. Melkonyanın qardaşı deyibki, artıq 20 nəfər öləndən sonra ermənilər əsirləri bıçaqlamağa, güllələməyə və öldürməyə başlamıyıblar. Bir neçə əsirin üstünə benzin tökərək onları diri-diri yandırmışdırlar. Təxminən 73 nəfər ölüb. Rayonda yaşıyan 10.020 azərbaycanlı qovulub.https://www.ethno-kavkaz.narod.ru/rnazerbaijan.html

Şuşa

Şuşa ermənilərin məskunlaşdığı Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibində olsa da, müharibədən əvvəl həm Şuşa rayonunda, həm də Şuşa şəhərində əsasən azərbaycanlılar yaşayıb. Müharibədən sonra sayı 15 min nəfərə qədər olan Şuşanın bütün azərbaycanlı əhalisi qaçqın vəziyyətinə düşüb. Qalan ancaq xarabalıqlar və bir neçə erməni köçkünləri idi. Şuşa rayonunun Malıbəyli, Yuxarı Quşçular və Aşağı Quşçular kəndlərində 3 müxtəlif qətliam baş tutub. Memorial deyir, qətliamda 24-dən çox şəxs ölüb.

Ağdam

thumb|352x352px| Ağdam məscidində Xocalı soyqırımından sağ çıxanlar

Ağdam rayonunda xüsusi qətliam baş vermiyib, ama Ağdamın işğalından sonra rayonun 191.700 sakinindən 120.000-ə yaxını qovulub. 2023-cü ildə Azərbaycan hakimiyyəti Sarıcalı kəndində 4 nəfərin qalıqlarını tapmıb.

Xocalı

Qarabağda bu günə qədər ən məhşur və böyük qətliam Xocalı soyqırımıdır. Nəticədə ölənlərin sayı müxtəlifdir. Belə ki, itkilərin sayı 500-dən 1000-ə qədər olsa da, Azərbaycan hakimiyyəti rəsmi olaraq 613 nəfərin ölümünü bildirir. Xocalı rayonunda həmdə 1991-ci ildə Meşəli kəndi erməni tərəfindən yandırılıb və nəticədə 29 nəfər ölüb, onlardan biri ölümdən öncə girov götürülüb. Qətliamı törədənlərdən biri olan Vagif Xaçaturyan 2023-cü ildə Azərbaycandan həbs olunub.

Digər rayonlar

Cəbrayıl, Füzuli, Ağdərə və Zəngilan rayonlarında xüsusi qətliam olmuyub, lakin rayonlardan ümumilikdə 171.271 nəfər qovulub və qaçqın düşüb, ölüm sayı isə dəqiq olaraq məlum deyil.

Vandalizm

Ermənistan və Qondarma Dağlıq Qarabağ Cümhuriyyəti tərəfindən Qarabağın işğal olunmuş ərazilərində sovet-Azərbaycan abidələrinin, Azərbaycan məscidlərinin dağıdılması, Azərbaycan kəndlərinin dağıdılması, yandırılması və sonradan tərk edilməsi vandalizm və mədəni soyqırımına misal ola bilər.

alt=Footage of vandalised Aghdam mosque before restorian works|thumb|333x333px| Ağdam məscidinin bərpa işlərindən əvvəl vandalizmə məruz qalan görüntülər

Məscidlər

Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun məlumatına görə, Qarabağdakı 67 məsciddən 63-ə yaxını ya tamamilə dağıdılmış, zədələnmiş, məhv edilmiş, ya da məscidlərdən donuz kimi İslam dinində haram olan heyvanların, həmçinin mal-qara kimi İslamda haram hesab edilməyən heyvanların saxlanılması üçün istifadə edilib. Dəqiq sayı bilinməsə də, təxminlərə görə bu ərazilərdə ümumilikdə 35-60 arasında məscid, bunların da ən çoxu Şuşa şəhəri və rayonunda olmaqla 17-si dağıdılmış və ya vandalizmə məruz qalmış məscidlərdir. Qarabağda vandalizmə məruz qalan məscidlərin ən məhşur nümunələri Ağdamın Cümə məscidi, Yuxarı Gövhər ağa məscidi və Şuşadakı Saatlı məscididir. Hər üçü yenidən tikilərək 2024-cü ildən sonra istifadə olunur.

Muzeylər və abidələr

Qarabağda vandalizmə məruz qalmış abidə və muzeylərin ən məhşur nümunələri erməni tərəfindən işğal altında olan Vaqif türbəsi və Ağdam Çörək Muzeyidir. 2022-ci ildə Vaqif türbəsi yenidən tikilib, çörək muzeyinin statusu məlum olmasa da, çox güman ki, hələ də dağıdılmış vəziyyətdədir. İşğal zamanı dağıdılan digər muzey Cəbrayıldakı Tarix-Diyarşünaslıq muzeyidir. Cəbrayılın erməni tərəfindən işğalına qədər Azərbaycan 16 minə yaxın eksponat götürə bilsə də, hələ də hamısı məhv edilmiş 2 min eksponat var idi. 19-a yaxın muzey və abidə erməni silahlı qüvvələri tərəfindən dağıdılmış və ya vandalizmə məruz qalmışdır.

Məktəblər və teatrlar

Erməni işğalı altında dağıdılan məktəblərin və təhlükələrin sayı dəqiq məlum deyil, lakin dağıdıldığı təsdiqlənən 3 böyük məktəb və bir teatr var ki, bunlar Kəlbəcər şahmat məktəbi, Şuşa real məktəbi, Şuşa Musiqi Akademiyası və Ağdam Dövlət Dram Teatrıdır.

alt=Azerbaijani soldiers at a ceremony dedicated to Khojaly victims in 2020, next to them the Khojaly memorial in Baku|thumb|393x393px| Azərbaycan əsgərləri 2020-ci ildə Bakıda Xocalı qurbanlarına həsr olunmuş mərasimdə Xocalı abidəsinin yanında|left

Nəticə və miras

Xocalı qətliamı

Hər il fevral ayının 26-da Xocalı soyqırımı anılır. Azərbaycanda, Türkiyədə, Almaniyada, Bosniya və Herseqovinada, İsraildə, Meksikada və Niderlandda qətliama həsr olunmuş abidələr mövcuddur. 10 ölkə tərəfindən qətliam, 7 ölkə tərəfindən soyqırım kimi tanılıb ABŞ-ın 28 ştatı da soyqırımı anıb və ya tanıyıb ki, bunlardan sonuncusu isə 2021-ci ildə Virciniya olub.

Qərb dünyası

Birinci Qarabağ müharibəsi zamanı azərbaycanlıların kütləvi şəkildə qətlə yetirilməsi Qərb dünyasında kifayət qədər naməlum olan, lakin hələ də mübahisəli bir mövzudur. Ermənilərin əksəriyyətinin xristian, azərbaycanlıların isə müsəlman olmalarına görə Qarabağda Azərbaycana törədilən kütləvi qırğınların işıqlandırılması demək olar ki, baş verməmiş və müharibə “müsəlman zalımlarının xristian azlığını qurban verməsi” kimi təsvir edilmişdir. Azərbaycana baş vermiş olan kütləvi qətillərin az da olsa xəbərlərdə verilməməsinin başqa bir səbəbi isə Azərbaycana edilə biləcək hər hansısa bir yardımın qarşısını alan və Xocalı qətliamı kimi hadisələri ört-basdır edərək erməni tərəfini müdafiə etmək üçün əlindən gələni edən erməni diasporunun, həmçinin də, Amerika Erməniləri Milli Komitəsinin qətliamı “təbliğat” və “uydurma” adlandırması kimi fəaliyyətləridir. 1996cı ildə The Economist Qarabağın enerjili və sərt ermənilərin ucbatından azərilərdən "azad" () olması haqqında abzas dərc edib. Dağlıq Qarabağ müharibəsini işıqlandıran dörd ən böyük Kanada qəzetinin tədqiqatı göstərmişdir ki, jurnalistlər azərbaycanlıların kütləvi şəkildə öldürülməsini “kobud şəkildə şişirdilmiş” kimi təqdim etməklə yanaşı, daha çox erməni mənbələrinə istinad edərək, ölümün miqyasını azaltmağa çalışmış, cəsədlərin və yas tutanların şəkillərini isə ümümiyyətlə dərc etməmişdirlər.

İstinadlar

Kateqoriya:Kütləvi qətllər Kateqoriya:Qarabağ münaqişəsi