Qonaqlı — Azərbaycan Respublikasının Tovuz rayonunun Qaradaş kənd inzibati ərazi dairəsində kənd.
Toponimikası Kəndin keçmiş adı Yekəalılar olmuşdur. Yaşayış məntəqəsini həmin rayondakı Yekəalılar (indiki Vahidli) kəndindən gəlmiş Molla Qurban adlı şəxs salmışdır. Kənd Qovaqlı meşə sahəsinin ətəyində salındığına görə belə adlanmış, sonra da rəsmi sənədlərdə Qonaqlı şəklinə düşmüşdür. Qonaq sözü qovaq ağacının adının yerli tələffüz variantıdır. Hazırda kəndin yaxınlığındakı Bəydəmirli kəndinin (Gədəbəy гayonu) сənubunda qovaq ağaclarının çox olduğu yer də Qonaqlıçökək adlanır. Oykonim qonaq (qovaq) sözündən və -lı şəkilçisindən düzəlmişdir.
Tarixi
Tarixi abidələri Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Coğrafiyası və iqlimi Kənd Axıncaçayın dərəsində yerləşir.
Əhalisi İl Daimi əhali Kişilər Qadınlar199910959502009↗114↗63↗51
İqtisadiyyatı
Mədəniyyəti Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.
Təhsil Kənddə Qonaqlı kənd ibtidai məktəbi fəaliyyət göstərir.
Din Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Səhiyyə Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
İstinadlar
Xarici keçidlər
Həmçinin bax
Kateqoriya:Tovuz rayonunun kəndləri Kateqoriya:Qaradaş (Tovuz) kənd inzibati ərazi dairəsindəki yaşayış məntəqələri