Madonna–fahişə kompleksi və ya Madonna–məşuqə kompleksi — psixoanalitik ədəbiyyata görə, sədaqət və sevgi dolu bir romantik münasibətdə seksual oyanışı qoruyub saxlaya bilməmək. İlk dəfə bunu psixi impotensiya adlandıraraq Ziqmund Freyd müəyyən etmişdiW. M. Bernstein, A Basic Theory of Neuropsychoanalysis (2011) p. 106 və bu qadınları müqəddəs Madonnalar və ya alçaldılmış fahişələr kimi görən kişilərdə inkişaf edən psixoloji kompleksdir. Bu kompleksə malik olan kişilər hörmətli partnyoru (Madonna) arzulaya bilmirlər və alçaldılmış (fahişə) seksual partnyor istəyirlər. Freyd yazmışdır ki, "belə kişilər sevən zaman istəkləri olmur, istəkləri olan zaman isə sevə bilmirlər". Klinik psixoloq Uve Hartmann 2009-cu ildə yazmışdır ki, kompleks "bugünkü pasiyentlərdə hələ də çox yayılmışdır".

Psixoanalizdə Freyd iddia edirdi ki, Madonna–fahişə kompleksi kişi ehtirasındakı şəfqət və seksual cərəyanlar arasındakı parçalanmadan qaynaqlanır.Sigmund Freud, On Sexuality (PFL 7) p. 251 Edip və kastrasiya qorxuları keçmiş insestual obyektlərə duyulan məhəbbətin şəhvani formada arzulanan qadınlara bağlanmasını qadağan edir: "Belə insanlarda bütün sevgi sferası incəsənətdə müqəddəs və qeyri-müəyyən (və ya heyvani) sevgi kimi təcəssüm etdirilən iki istiqamətdə bölünür". Bir kişi hiss etdiyi təşvişi minimuma endirmək üçün qadınları iki qrupa ayırır: heyran ola biləcəyi qadınlar və seksual cəhətdən cazibədar hesab etdiyi qadınlar. Kişi əvvəlki kateqoriyada olan qadınları sevdiyi halda, ikinci qrupa nifrət edir və onları dəyərsizləşdirir.Tuch, Richard (2010). "Murder on the Mind: Tyrannical Power and Other Points along the Perverse Spectrum". The International Journal of Psychoanalysis 91 (1): 141-162. .

Başqa bir nəzəriyyə iddia edir ki, Madonna–fahişə kompleksi individual kişilərin inkişaf qüsurlarından deyil, qadınların mifologiyada və İbrahim teologiyasında ya Madonna, ya da fahişə kimi təqdim edilməsindən irəli gəlir.Feinman, Clarice. Women in the criminal justice system. Westport, CT: Praeger, 1994, pp. 3–4, .

Feminist baxış bucağında Feminist nəzəriyyə iddia edir ki, kişilər tərəfindən yazılmış mədəniyyət (MWC) qadınların seksual muxtariyyətini utandırır, gender stereotiplərini gücləndirməklə və kişilərə hakimiyyəti saxlamağa imkan verməklə patriarxal normaları davam etdirir. Seksual ssenari nəzəriyyəsi, sosioloqlar Vilyam Saymon və Con Qaqnon tərəfindən müzakirə edildiyi kimi, təklif edir ki, bu ssenarilər əsasən heteroseksual kişilər tərəfindən yazılmışdır, kişiləri təsadüfi seksual əlaqəyə üstünlük verən seksual təqibçilər, qadınları isə münasibətdaxili seksuallığa üstünlük verən qapıçılar kimi təsvir edir.

Kinematoqrafiyada Alfred Hiçkok Madonna–fahişə kompleksindən qadınları təmsil etmək üçün vacib bir üsul kimi istifadə etmişdir. Robert De Niro Martin Skorsezenin "Taksi sürücüsü" və "Qızğın buğa" filmlərində hər ikisi Madonna–fahişə kompleksini nümayiş etdirən seksual ehtiraslı qəhrəmanları canlandırmışdır.Ebert, R. (1976, 7 March). Interview with Martin Scorsese | Interviews | Roger Ebert .

Həmçinin bax

Seksizm Qadın düşmənliyi Maçoluq

İstinadlar

Əlavə ədəbiyyat

Bareket, O., Kahalon, R., Shnabel, N., & Glick, P. (2018). The Madonna-Whore Dichotomy: Men who perceive women's nurturance and sexuality as mutually exclusive endorse patriarchy and show lower relationship satisfaction. Sex Roles, 79, 519-532. https://doi.org/10.1007/s11199-018-0895-7 Kahalon, R., Bareket, O., Vial, A. C., Sassenhagen, N., Becker, J. C., & Shnabel, N. (2019). The Madonna-whore dichotomy is associated with patriarchy endorsement: Evidence from Israel, the United States, and Germany. Psychology of Women Quarterly, 43(3), 348-367. https://doi.org/10.1177/0361684319843298 Klein, V., Kosman, E., & Kahalon, R. (2023). Devaluation of Women’s Sexual Pleasure: Role of Relationship Context and Endorsement of the Madonna-Whore Dichotomy. Sex Roles, 1-15. https://doi.org/10.1007/s11199-023-01424-3

Xarici keçidlər

Kateqoriya:Psixoanalitik nəzəriyyə Kateqoriya:Dixotomiyalar Kateqoriya:Psixoloji istismar Kateqoriya:Qadın düşmənliyi Kateqoriya:Qadınlara qarşı şiddət Kateqoriya:Psixoanalitik terminlər