Dan the Automator (tam adı: Deniel M. Nakamura; ) — Kaliforniyanın San-Fransisko şəhərindən olan musiqi prodüseri. O, yayım şirkəti "Sharkman Music"in və musiqi şirkəti "75 Ark"ın təsisçisidir.

Nakamura fəaliyyətinə yeniyetmə yaşlarında dicey kimi başlayıb. O, diceylər DJ Qbert və Mix Master Mike-nin canlı çıxışlarından ilham almış və öz trekləri üzərində işləmək qərarına gəlmişdir. O, repçi Kool Keytin 1996-cı ildə çıxan "Dr. Octagonecologyst" adlı albomu üzərindəki prodüserlik işi ilə diqqətləri özünə çəkib.

Həyatı Deniel M. Nakamura 1966-cı il dekabrın 20-də San-Fransisko şəhərində anadan olub. Onu dünyaya gətirən valideynləri yapon olduqları üçün keçmişdə, İkinci Dünya müharibəsi zamanı ABŞ-də mövcud olan casusluğa qarşı siyasətlərə görə saxlanılaraq düşərgəyə yerləşdirilmişdilər. Denielin atası San-Fransisko Yenidənqurma Agentliyində işləyirdi, anası isə San-Fransisko Şəhər Kollecində dərs deyirdi. O, uşaq yaşlarında skripka çalmağı öyrənib. Orta məktəb illərində o, hip-hop mədəniyyəti və musiqisi ilə maraqlanmağa başlayıb. Ali təhsilini San-Fransisko Dövlət Universitetində almışdır.

Diskoqrafiya Studiya albomları A Much Better Tomorrow (2000) Booksmart: Score by Dan the Automator (2019) Easter Sunday: Music from the motion picture (2022)

Kompilasiya albomları Wanna Buy a Monkey? (2002) Dan the Automator Presents 2K7 (2006)

Remiks albomlar Bombay The Hard Way: Guns, Cars and Sitars (1998)

Mini-albomlar (EP-lər) Music to Be Murdered By (1989) King of the Beats (1990) A Better Tomorrow (1996)

Sinqllar "Bear Witness III (Once Again)" (2002) "Rapper's Delight" (2009)

Prodüseri olduğu Dr. Octagon - Dr. Octagonecologyst (1996) Cornershop - When I Was Born for the 7th Time (1997) Kalyanji–Anandji - Bombay the Hard Way: Guns, Cars and Sitars (1998) Jon Spencer Blues Explosion - Acme (1998) Handsome Boy Modeling School - So... How's Your Girl? (1999) Primal Scream - XTRMNTR (2000) Deltron 3030 - Deltron 3030 (2000) Gorillaz - Gorillaz (2001) Lovage - Music to Make Love to Your Old Lady By (2001) Ben Lee - Hey You. Yes You. (2002) Galactic - Ruckus (2003) Handsome Boy Modeling School - White People (2004) Head Automatica - Decadence (2004) Jamie Cullum - Catching Tales (2005) Teriyaki Boyz - Beef or Chicken (2005) Peeping Tom - Peeping Tom (2006) Little Barrie - Stand Your Ground (2006) Josh Haden - Devoted (2007) Men Without Pants - Naturally (2008) Anaïs Croze - The Love Album (2008) Kasabian - West Ryder Pauper Lunatic Asylum (2009) Dredg - Chuckles and Mr. Squeezy (2011) Mayls Keyn - Colour of the Trap (2011) Lateef the Truthspeaker - Firewire (2011) Kasabian - Velociraptor! (2011) DRC Music - Kinshasa One Two (2011) Pillowfight - Pillowfight (2013) Jamie Cullum - Momentum (2013) Deltron 3030 - Event 2 (2013) Got a Girl - I Love You but I Must Drive Off This Cliff Now (2014) Exodus - "Black 13" (2014) Dr. Octagon - Moosebumps: An Exploration Into Modern Day Horripilation (2018) Black Keys - Ohio Players (2024) Dan the Automator - Dan the Automator Presents: Good Advice for Suckers (2024)

Film musiqisi/Bəstəkarlıq işləri

Scream 2 - "Right Place Wrong Time" (1997) Ocean's Eleven - "The Projects (P Jays)" (2001) Slackers - "Rock n' Roll (Could Never Hip Hop Like This)," "Holy Calamity" (2002) Blade II - "Gorillaz on my Mind" (2002) Tony Hawk's Underground - "A Better Tomorrow," "Positive Contact'' (2003) Tony Hawk's Underground 2 - "Holy Calamity (Bear Witness II)" (2004) Charmed - "Fallen" (2005) Californication - "Mojo" (2007) The Sopranos - Stage 5 Remix (2007) Skot Pilqrem dünyaya qarşı - "Slick (Patel's Song)" (featuring Satya Bhabha), "Ninja Ninja Revolution" (2010) Better Call Saul - "The Truth" (2015) Money Monster - "What Makes the World Go Round? (Money!)" "Da Da Da" (2016) Çoxbilmiş - Original Score & Music Always Be My Maybe - "Hello Peril" "I Punched Keanu Reeves" (2019) Broken Bread - Original Score Season 1 (2019) Holidate - Original Score (2020) Dash & Lilly - Original Score (2020) Salt & Pepa - Music (2021) Easter Sunday - Original Score (2022)

İstinadlar

Xarici keçidlər

Kateqoriya:ABŞ film bəstəkarları Kateqoriya:ABŞ hip-hop prodüserləri