Aysor Sosialist Partiyası () və ya Zaqafqaziya Aysor Sosialist Partiyası — əsasən assuriyalılardan ibarət siyasi partiya.

Tarixi 1917-ci ilin fevralında Rusiyada Fevral inqilabının başlanmasından sonra Firidun Aturaya, Rabi Bencamin Bet Arsanis və Baba Bet Fərhad tərəfindən Urmiya şəhərində təsis edilmişdir. Həmin ilin aprelində Urmiya, Mosul, Tur-Abdin, Nisibin və Cəzirə ərazilərində özünüidarənin təşkilinə çağıran Aturaya tərəfindən "Birləşmiş Azad Assuriyanın Urmiya Bəyannaməsi" nəşr olunmuşdur.

2002-ci ildə "İraqın şimalında bir sıra fəhlələrin birləşməsi" nəticəsində yenidən fəaliyyətə başlamış, partiyanın saytında onun siyasi istiqaməti və əsas niyyətinin dəqiq tərifi yer almışdır: "ASP sosialist partiyasıdır və demokratik oriyentasiyası vardır, məqsədi tamamilə aysorların üçün nəzərdə tutulmuş müstəqil Aysor Xalq Respublikası yaratmaqdır".

İstinadlar

Kateqoriya:Aysorlar Kateqoriya:İraq siyasi partiyaları Kateqoriya:Sosialist partiyaları Kateqoriya:Sosial demokrat partiyalar Kateqoriya:Milli azadlıq hərəkatı Kateqoriya:Milliyyətçi partiyalar