Əhmədiyyə Cəbrayılovun ev muzeyi — İkinci Dünya müharibəsində Fransa Müqavimət Hərəkatının üzvü, Azərbaycanın Milli Qəhrəmanı Mikayıl Cəbrayılovun atası Əhmədiyyə Cəbrayılovun şəxsi əşyalarının və sənədlərinin mühafizə edildiyi mədəni müəssisə

Yaranması və fəaliyyəti Əhmədiyyə Cəbrayılovun Şəki şəhərindəki ev-muzeyi 1995-ci ildə yaradılıb. Muzey əvvəlcə bir otaqdan ibarət olub. Hazırda 4 otağı olan muzeydə əfsanəvi partizanın həyatı və döyüş yolundan bəhs edən müxtəlif sənədlər, fotolar, haqqında məqalələr dərc edilmiş qəzet və jurnallar, kitablar nümayiş etdirilir.

Ev-muzeyi yerli sakinlərin, Şəkiyə gələn yerli və əcnəbi turistlərin tez-tez ziyarət etdiyi məkanlardan biridir. Bu il məlum pandemiya səbəbindən ev-muzeyi qonaq-qaralı olmasa da, karantin rejiminin yumşaldılmasından sonra ziyarətlər bərpa edilib. Muzeyin yaradıcısı, Ə. Cəbrayılovun oğlu Cavanşir Cəbrayılovdur.Mədəniyyət.- 2020.- 25 sentyabr.- S.5.

Həmçinin bax

Bəxtiyar Vahabzadənin ev-muzeyi

Xarici keçidlər

İctimai TV, "Sabahın xeyir, Azərbaycan verilişi

İstinadlar

Kateqoriya:Əhmədiyyə Cəbrayılov