Bat Universiteti — Böyük Britaniyanın Somerset qraflığının Bath şəhərində dövlət təhsil və tədqiqat universiteti. 1966-cı ildə kral xartiyasına layiq görülüb.
Universitetin əsas kampusu 1964-cü ildə tikilib və UNESCO-nun Ümumdünya İrsinə daxildir.
2021-ci ildə Tədqiqat Mükəmməlliyi Çərçivəsində Bath universiteti təqdim etdiyi tədqiqat fəaliyyətinin 40% mümkün olan ən yüksək 4* təsnifatına nail olub və keyfiyyət və əhəmiyyət baxımından dünyada lider universiteti kimi müəyyən edilib. Universitet dünyanın ən yaxşı beynəlxalq standartlarına cavab verir.
Universitet Birlik Universitetləri Assosiasiyasının, MBA Assosiasiyasının, Avropa Keyfiyyəti Təkmilləşdirmə Sisteminin, Avropa Universitetlər Assosiasiyasının, Böyük Britaniya Universitetləri və GW4-ün üzvüdür.
Tarixi
Bat Universiteti 1595-ci ildə əsası qoyulmuş Texniki Ticarət Kolleci kimi açılmışdır.
1856-cı ildə Bristolda yaradılmış texniki məktəbin, 1885-ci ildə Ticarət Cəmiyyətinin bir hissəsi oldu.
1949-cu ildə kollec Bristol Təhsil Təşkilatının nəzarəti altına keçdi. Daha sonra Bristol Texnologiya Kolleci və 1960-cı ildə Bristol Elm və Texnologiya Kolleci adlandırıldı və Təhsil Departamentinin himayəsi altında on texniki kollecdən birinə çevrildi.
Kampusun tikintisinə 1964-cü ildə başlandı və 1965-ci ildə tamamlandı. 1966-cı ildə universitet Kral Xartiyasına layiq görüldü. 1966-cı ilin noyabrında Bath universitetində ilk elmi dərəcənin təqdim olunma mərasimi keçirildi.
Akademik strukturu Universitetdə 4 fakültə var və hər fakültə müxtəlif şöbələrə bölünür.
Mühəndislik və Dizayn fakültəsi:
Memarlıq və İnşaat Mühəndisliyi Kimya mühəndisliyi Elektron və Elektrik Mühəndisliyi Mexanika Mühəndisliyi
Humanitar və Sosial Elmlər fakültəsi
İqtisadiyyat Təhsil Sağlamlıq Siyasət, Dillər və Beynəlxalq tədqiqatlar Psixologiya Sosial və Siyasi elmlər
İdarəetmə fakültəsi
İdarəetmə Məktəbi
Elmlər fakültəsi
Həyat elmləri Kimya Kompyuter elmləri Riyaziyyat elmləri Təbiət elmləri Fizika
Reytinqləri Bat Universiteti Böyük Britaniya hökumətinin Mükəmməllik Çərçivəsi proqramının Qızıl Mükafatını alıb. Bu sistemə əsasən, universitetlər tədrisin keyfiyyətini, öyrənmə mühitinı, işə düzəlmə kimi amilləri nəzərə almaqla qiymətləndirilir.https://web.archive.org/web/20230824022949/http://www.hefce.ac.uk/tefoutcomes/#/provider/10007850
Böyük Britaniya universitetlərinin reytinqinin cədvəlində 11-ci yerdə, 18 fənni isə ölkədə ilk 10-luğa daxildir.https://www.theguardian.com/education/ng-interactive/2017/may/16/university-league-tables-2018 Bath Universitet Böyük Britaniyadakı Good University Guide sistemində 128 universitet arasında 12-ci yerdədir.https://web.archive.org/web/20080414064446/http://extras.timesonline.co.uk/pdfs/univ07ten.pdf
Həmçinin bax Birləşmiş Krallıq universitetlərinin siyahısı
İstinadlar
Xarici keçidlər
University of Bath Students' Union
Kateqoriya:İngiltərə universitetləri Kateqoriya:Böyük Britaniya Kateqoriya:Universitetlər