Yuxarı Əskipara — Azərbaycan Respublikasının Qazax rayonunun Yuxarı Əskipara kənd inzibati ərazi dairəsində kənd. Azərbaycanın Ermənistan ərazisindəki 4 eksklav ərazisindən biridir.
Tarixi Kənd 8 iyun 1992-ci ildən Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır Kənd ərazisində çoxlu tarixi abidələr var: Şəkər qalası, Qatır körpüsü, Kazım körpüsü və s.
Coğrafiyası və iqlimi Kəndin dörd tərəfi dağlarla əhatə olunub, meşəliklə örtülüdür, çoxlu mineral bulaqları var. Kənd ada şəklində Ermənistan ərazisində yerləşmişdir. Aşağı Əskiparadan Erməni Əskiparası (və ya Sarxan) vasitəsilə ayrılır.
Toponimikası Yuxarı Əskipara oykonim, miir. Keçmiş adı Əskipara olmuşdur. Ondan yaranmış yeni məntəqə Aşağı Əskipara, əvvəlki kənd isə Yuxarı Əskipara adlandırılmışdır. Əskipara Azərbaycan dilindəki əski (köhnə, qədim) və para (hissə, yer, kənd) sözlərindən ibarət olub, "köhnə, qədim kənd" mənasındadır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 637 nəfər əhali yaşayır. Əhalinin 321 nəfəri kişilər, 316 nəfəri qadınlardan ibarətdir.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Din Dini baxımdan, Yuxarı Əskipara əhalisinin bir hissəsi şiə, bir hissəsi isə sünni idi.A. A. İzmailov. Azərbaycanın qərb bölgələrinin uzunömürlü kəndlərində mənzil və yaşayış şəraiti // Azərbaycanda uzunömürlülük: elmi əsərlər toplusu. — M .: Nauka, 1989. — S. 89. Salahlı kəndindən vaxtilə buraya gələnlər sünni idi.S. M. Ağamalıeva, A. A. İzmailov. Ailə münasibətləri və azərbaycanlılar arasında evlilik dairələrinin mahiyyəti haqqında // Azərbaycanda uzunömürlülük: elmi əsərlər toplusu. — M .: Nauka, 1989. — S. 84.
Görkəmli şəxsləri Davud bəy Şərifov (ata yurdu) (1885–1952) — Azərbaycanın ilk peşəkar arxeoloqu, ilk muzeyşünası, etnoqrafı, coğrafiyaşünası. Mustafa Şərifov (ata yurdu) (1875–1938) — İlk azərbaycanlı sanitar-həkim. Vaqif Şərifov (ata yurdu) (1943–2021) — Azərbaycan teatr rejissoru, kino aktyoru, Azərbaycanın xalq artisti. Şaiq Vəli (1950–2013) — Tanınmış şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Həmçinin bax Qalakənd qalası
Xarici keçidlər Azərbaycan Respublikasi Qazax Rayon İcra Hakimiyyəti. Bələdiyyələr
İstinadlar
Kateqoriya:Qazax rayonunun kəndləri Kateqoriya:Azərbaycanın ucqar nöqtələri Kateqoriya:Eksklavlar Kateqoriya:Ermənistan kəndləri Kateqoriya:Tavuş mərzinin yaşayış məntəqələri Kateqoriya:Qarabağ münaqişəsi Kateqoriya:Anklavlar Kateqoriya:Mübahisəli ərazilər Kateqoriya:Əhalisi olmayan yaşayış məntəqələri