Bremen Universiteti () — 115 ölkədən təxminən 18.000 nəfərin təhsil aldığı Almaniyanın Bremen şəhərində yerləşən dövlət universitetidir. O, 2012-ci ildə Federal Hökumət və Federal Dövlətlər tərəfindən başladılan Mükəmməllik Təşəbbüsünün "İnstitusional Strategiyalar" kateqoriyasında 11 uğurlu qurumdan biridir.

Bremen Universitetində 12 ixtisas üzrə 119 ali təhsil proqramı təklif edilir. Bundan əlavə, tədqiqata əsaslanan öyrənmə ilə universitet yarandığı gündən Bremen Universitetinin müəyyənedici xüsusiyyəti olan layihə əsaslı kursları yenidən şərh etmişdir.

Bremen Universiteti 1971-ci ildən fəaliyyətə başlasada, bu Universitetdə ali təhsilin keçmişdən gələn uzun bir ənənəsi var. Bremen Latın Məktəbi 1584-cü ildə "Gymnasium Academicum"a fəaliyyət göstərib. 1610-cu ildə "Gymnasium Illustre"yə çevrilmişdir. Bu dövr ərzində İlahiyyat, hüquq, tibb elmləri və fəlsəfə elmləri tədris edilmişdir. 1811-cu ildə Napoleon tərəfindən "Fransız-Bremen Universiteti"nin yaradılması nəzərdə tutulmuşdur.

İstinadlar