thumb|Sultan Əbdülməcidin dövründə verilmiş olan xətti-humayunda bəzi məscidlərin təmir olunması əmri verilmişdir. Diaqonal daxilindəki qırmızı əlyazma orijinal memorandum kitabının baş vəzir tərəfindən ümumiləşdirilmiş hissəsidir. Bu xülasədə adları qeyd olunmuş olan tikililər Cümə və Bayram namazları üçün tezliklə yenidən qurulmalıdırlar.

Xətti-Humayun və yaxud da yazılı əmrlər () — Osmanlı sultanlarının mühüm məsələlər haqqında şəxsən özlərinin yazdıqları və ya qeydlər apardıqları fərmanlara verilən ümumi addır.

Osmanlı dövlətinin dövlət strukturunda ən mühüm yazılı əmrlər hesab olunan xətti-humayunlar (yazılı əmrlər) Osmanlı sülaləsinin simvolu sayılan qırmızı rəngli çantalarda daşınar, üç dəfə öpülərək başa qoyulduqdan sonra açılaraq oxunardı. Bu fərmanlar Osmanlı sultanları tərəfindən şəxsən yazılmış olsalarda, lakin onların saray məmuru tərəfindən surəti köçürülmüş olan bir nüsxəsi də olurdu. Onlar əsasən sultana, baş vəzir və ya Osmanlı dövlətinin başqa yüksək rütbəli məmuru tərəfindən verilmiş bir sənədə cavab olaraq yazılırdılar. Məhz buna görə də, bir ərizənin, məktubun təsdiq edilməsi və ya rədd edilməsi, hesabatın təsdiq edilməsi, sorğuya icazənin verilməsi, verilmiş fərmanla bağlı yaranmış hər hansısa bir məsələyə aydınlıq gətirilməsi və bu kimi digər dövlət sənədlərinə cavab olaraq yazılırdılar. Xətti-humayunlar bəzən mövcud bir sənədə cavab olaraq deyil, sıfırdan da yaradıla bilərdilər. Osmanlı imperiyasını modernləşdirməyi hədəfləyən Tənzimat islahatından (1839) sonra rutin tipli xətti-humayunlar sultanın şifahi cavabının sənəddə qeyd edildiyi vəsiyyət-i səniyye tətbiqi ilə əvəz olunmağa başlanmışdır.

İstanbulda yerləşən Osmanlı arxivlərində təxminən 100.000 belə sənəd mövcuddur. Ən məşhur xətti-humayunlar arasında Tənzimat Fərmanı (1839) və İslahat Fərmanı (1856) yer alır. “Xətti-humayun” ifadəsi bəzən ədəbi mənada, yəni Osmanlı sultanı tərəfindən şəxsən yazılmış olan sənəd mənasında da işlənə bilər.

İstinadlar

Kateqoriya:Osmanlı imperiyası Kateqoriya:Ediktlər Kateqoriya:Reskriptlər Kateqoriya:Osmanlı imperiyasında siyasət Kateqoriya:Osmanlı imperiyasının höküməti