Siyahı S/SŞəhidRütbəsiSQQısa tərcümeyi-halı1.Zeynalov Anar Niyaz oğluəsgər38x38px|link=Azərbaycan Quru Qoşunları17 may 1972-ci ildə Göyçayda anadan olmuşdur. 1986-cı ildə Göyçay şəhərində yerləşən 3 nömrəli orta məktəbi bitirmişdir. 1991-ci ildə hərbi xidmətə yollanan və Zəngilan rayonu uğrunda gedən göyüşlərə qatılan Anar Zeynalov, 24 avqust 1992-ci ildə Zəngilan rayonunun Qazançı kəndi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Subay idi.2.Zeynalov Dadaş Muxtar oğlumülki1949-cu ildə Zəngilan rayonunda anadan olub. Zəngilan rayonunun şəbəkə rəisi olan Dadaş Zeynalov 1993-cü il 24 martda ermənilərin Zəngilanı qrad atəşinə tutması nəticəsində şəhid olub.3.Zinharov Faiq Turan oğluəsgər38x38px|link=Azərbaycan Quru Qoşunları1973-cü ildə Ağdaş rayonunun Abad kəndində anadan olub. 1992-ci ildə şəhid olmuşdur. Ağdaş rayonunun Abad kəndində dəfn olunmuşdur. Abad kənd tam orta məktəbi Faiq Zinharov adını daşıyır.4.Zülfüqarov Zülfüqar Emin oğluəsgər38x38px|link=Azərbaycan Quru Qoşunları Zülfüqarov Zülfüqar Emin oğlu 1958–ci il dekabrın 4-də Göyçay rayonunun Qaraxıdır kəndində anadan olub. 1974–cü ildə kənd orta məktəbinin səkkizinci sinfini bitirib Şamaxı Pedaqoji texnikumuna daxil olur. Buranı bitirəndən sonra Göyçayın Ləkçıplaq kənd orta məktəbində müəllimlik etməyə başlayır. 1979–cu ildə hərbi xidmətə yola düşür. Xidməti borcunu başa çatdırandan sonra işləmək üçün Tümen vilayətinə gedir. 1982–ci ildə vətənə qayıdan Zülfüqar iki il kolxozda əmək fəaliyyətini davam etdirir. 1984–cü ildə öz ixtisası üzrə Şəkər kənd orta məktəbinə müəllim təyin olunur. Bir müddət sonra Göyçay Toxuculuq kombinatında usta köməkçisi kimi fəaliyyətini davam etdirir. 1992–ci ilin fevralında könüllü olaraq cəbhə bölgəsinə yola düşür. Füzuli rayonunun Əmiralılar və Kuropatkino kəndlərində həmyerlisi Davud Əzizovun başçılıq etdiyi vzvodda reyd əməliyyatlarında iştirak edir. Həmin ilin avqustunda ağır döyüşlərin birində şəhid olub və doğma kəndlərində dəfn olunub.
İstinadlar
Z