Frank Schwabeframeless Schwabe 2014 Bundestaqda deputatDoğum tarixi və məkanı12 noyabr 1970 (53 yaş) Valtrop, Qərbi Almaniya (indiki Almaniya)TəhsiliEssen UniversitetiSiyasi partiyaSosial Demokratik Partiyası (SPD) Frank Şvabe (; ) — Almaniya siyasətçisi, 2005-ci ildən Şimali Reyn-Vestfaliya əyalətindən Bundestaq üzvü, Sosial Demokrat Partiyasının üzvü.
Parlament işinə əlavə olaraq, Şvabe 2022-ci ildən kansler Olaf Şolts hökumətində İqtisadi Əməkdaşlıq və İnkişaf Federal Nazirliyində Qlobal Dini Etiqad Azadlığı üzrə hakim vəzifəsində çalışır.Silke Kersting (5 Januar 2022), Bundesregierung: Das sind die neuen Beauftragten und Koordinatoren in wichtigen politischen Feldern
Siyasi karyerası Şvabe ilk dəfə 2005-ci ildə Almaniya federal seçkilərindən sonra 1-ci Recklinghausen bölgəsini təmsil edərək Bundestaqın üzvü oldu.
Parlamentdə Şvabe ilk dəfə 2005-ci ildən 2021-ci ilə qədər Ətraf Mühit, Təbiəti Mühafizə və Nüvə Təhlükəsizliyi Komitəsində çalışıb. O, İnsan Hüquqları və Humanitar Yardım Komitəsinin (2014-cü ildən), Xarici Əlaqələr Komitəsinin (2021-ci ildən) və Beynəlxalq İqlim və Enerji Siyasəti üzrə Alt Komitənin (2022-ci ildən) üzvüdür.Lisa Badum leitet Unterausschuss zur Klima- und Energiepolitik Bundestag, press release of 8 April 2022. Hazırda parlament qrupunun insan hüquqları və humanitar yardım üzrə sözçüsü vəzifəsində çalışır.
Sosial Demokrat Partiyasının parlament qrupunda Şvabe solçu hərəkata aid olunur.Members Parlamentarische Linke.
Komitə tapşırıqlarına əlavə olaraq, Şvabe 2014-cü ildən Almaniyanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvüdür.Frank Schwabe Parliamentary Assembly of the Council of Europe (PACE). Assambleyada işlədiyi komitələr: Siyasi Məsələlər və Demokratiya Komitəsi; Avropa Şurasının Üzv Dövlətləri tərəfindən öhdəliklərin yerinə yetirilməsi üzrə Komitə (Monitorinq Komitəsi); Prosedur Qaydaları, Toxunulmazlıqlar və İnstitusional Məsələlər Komitəsi; Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsi; Miqrasiya, Qaçqınlar və Köçkünlər üzrə Komitə.
2018-ci ildə Sosialistlər, Demokratlar və Yaşıllar Qrupunun sədri seçilib. 2010-cu ildən o, həm də Assambleyanın Şimali Qafqazda insan hüquqları və qanunun aliliyi üzrə məruzəçisi kimi fəaliyyət göstərir.Britt-Marie Lakämper (October 21, 2021), SPD, Grüne, FDP: Diese Politiker verhandeln die Ampel-Koalition Westdeutsche Allgemeine Zeitung.
Digər fəaliyyətləri Alman İnsan Hüquqları İnstitutu (DIMR), Qəyyumlar Şurasının üzvüBoard of Trustees German Institute for Human Rights (DIMR). Hagen Universiteti, Parlament Məsləhət Şurasının üzvü (2018-ci ildən) Almaniya Ətraf Mühit və Təbiəti Mühafizə Federasiyası (BUND), ÜzvFrank Schwabe Bundestag. IG BCE, Üzv Şalke 04 FK, ÜzvFrank Schwabe Bundestaq. Brot für die Welt, İnkişaf və Humanitar Yardım Komitəsinin üzvü (2014–2017)
İstinadlar Kateqoriya:Yaşayan insanlar Kateqoriya:1970-ci ildə doğulanlar Kateqoriya:Almaniya siyasətçiləri Kateqoriya:Almaniya siyasi partiyalarının üzvləri Kateqoriya:Avropa Şurası Parlament Assambleyasının üzvləri
Xarici Keçidlər Frank Şvabenin rəsmi saytı Bundestaqın üzvləri