Empaqliflozin — natrium-qlükoza-ko-transportyer 2 (SGLT2) inhibitorlarından olan şəkərli diabet xəstəliyində istifadə olunan antidiabetik dərman vasitəsi. İkinci tip şəkərli diabet üçün istifadə olunan dərman vasitələrindəndir ancaq birinci tip şəkərli diabet üçün tövsiyə edilmir. İlkin olaraq Jardiance brendi adı ilə satışa çıxarılıb. Empaqliflozin dapaqliflozin, kanaqliflozin və ertuqliflozin ilə birgə qliflozinlər sinfinə aid şəkərdüşürücü dərman vasitələrinə aiddir. Qliflozinlər ilkin olaraq 1835-ci ildə alma ağacı kökünün qabığında dihidroxalkon floridzin şəklində aşkar edilmişdir. thumb|Empaqliflozin

İstifadəsinə göstərişlər

Təsir mexanizmi Empaqliflozin SGLT2 inhibitoru olaraq böyrəklərdə qlükozanın geriyə sorulmasını inhibə etməklə qanda şəkərin azalmasını təmin edir. Empaqliflozinin digər antidiabetik preparatlarından əsas üstünlüyü ondan ibarətdir ki, digərlərinə nisbətən o daha az hipoqlikemiyaya səbəb olur və bu da qlükozanın səviyəsi SGLT1 transport gücünün səviyəsindən aşağı düşməsi səbəbi ilə SGLT1 aktivasiyası ilə kompensator mexanizmin işə düşməsi ilə əlaqədardır. Şəkərin səviyyəsini aşağı salmaqla yanaşı həmçinin böyrəklərin xroniki xəstəliyin yaranmasının qarşısını alır, belə ki SGLT2 inhibitorlarından olan Empaqliflozin böyrək yumaqcıqlarının hiperfiltrasiyasının qarşısını alır, böyrəklərin oksigenə ehtiyacını azaldır və həmçinin albuminuriyanı azaldır və bununla da ikinci tip şəkərli diabet xəstələrində ürək-damar sistemini tərəfindən yarana biləcək pozuntuların sayını azaldır.

İstinadlar

Kateqoriya:Tibb Kateqoriya:Dərmanlar Kateqoriya:Farmakologiya Kateqoriya:Diabet Kateqoriya:Kardiologiya Kateqoriya:Ümumdünya Səhiyyə Təşkilatının əsas dərman vasitələri Kateqoriya:Sadə efirlər