Sərhəd şəxsiyyət pozuntusu və ya Sərhəd xətti şəxsiyyət pozuntusu (emosional qeyri-sabit şəxsiyyət pozuntusu, sərhəd tipi, qıs. SŞP) — impulsivlik, aşağı özünə nəzarət, emosional qeyri-sabitlik, yüksək narahatlıq və ciddi desosiallaşma səviyyəsi ilə xarakterizə olunan şəxsiyyət pozuntusu. DSM-5 və ICD-10-a daxildir (sonuncuda emosional qeyri-sabit şəxsiyyət pozuntusunun alt növü hesab olunur).
Çox vaxt təhlükəli davranış və özünə zərər vermə ilə müşayiət olunur. Belə insanlar həm də boşluq hissi və ehtiyac duyulmamaq qorxusu ilə mübarizə apara bilər. Pozuntunun simptomları zahirən adi həyat hadisələrinə cavab olaraq görünə bilər. Ağrılı davranış adətən yeniyetməlik dövründə başlayır və müxtəlif vəziyyətlərdə baş verir. Maddələrdən sui-istifadə, depressiya və yemək pozuntuları çox vaxt bu pozuntuluqla əlaqələndirilir. Araşdırmalar göstərir ki, SŞP olan insanların təxminən 10%-i intihar nəticəsində ölür. Bu ABŞ-ın ümumi əhalisindəki intihar nisbətindən 730 dəfə çoxdur.
Səbəbləri
SŞP-nin etiologiyası (səbəbləri) müxtəlif amillərdən qaynaqlanır və hazırda yeganə əsas səbəb ilə bağlı konsensus mövcud deyil. Həm SŞP-nin, həm də Posttravmatik stress pozuntusunun (PTSP) travmatik substratı olduğuna görə, onlar bir-biri ilə əlaqələndirilir.
Müəyyən genlərin polimorfizmi serotonin istehsalının azalmasına səbəb olur ki, bu da öz növbəsində aqressiv davranışa səbəb olur. Əgər şəxsin yaxın qohumunda SŞP varsa, SŞP olma ehtimalı təxminən 5 dəfə yüksəkdir. Mənfi həyat hadisələri də vacibdir. Pozuntunun mexanizmi neyronların limbik şəbəkəsini əhatə edir. SŞP DSM tərəfindən şəxsiyyət pozuntularından biri kimi tanınır, bunlardan cəmi 9-u təsnif edilir. Diaqnoz klinik mənzərə əsasında qoyulur, lakin digər xəstəlikləri istisna etmək üçün tibbi müayinə tələb oluna bilər. SŞP xüsusilə şəxsiyyət pozuntuludan və narkomaniyadan fərqləndirilməlidir.
İdarə edilməsi
SŞP-nı idarə etmək üçün ən çox psixoterapiya istifadə olunur. Bəzi başqa metodlar da həmçinin simptomların azalması və rifahın yaxşılaşdırılmasında effektivlik göstərmişdir. Dərmanlar SŞP-ni müalicə etmir, lakin SŞP ilə komorbidliyi olan depressiya və narahatlığa qarşı faydalı ola bilər. Bəzən xəstəxanaya yerləşdirilmə tələb olunur. Lakin, araşdırmalar göstərir ki, intihar davranışının uzunmüddətli qarşısının alınması baxımından xəstəxanaya yerləşdirmə ilə icma əsaslı qayğı müqayisədə, birinci variant üstünlük təmin etmir.
Dialektik davranış terapiyası (DBT) intihar riskini azalda bilər. Terapiya təkbətək və ya qrup şəklində keçirilə bilər.
İstinadlar
Ədəbiyyat
Xarici keçidlər
Kateqoriya:Qadın və psixologiya